adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Fevral 2020 13:52
13970
DÜNYA
A- A+

Çindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkar edilməyib

Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilən şəxslərdə yeni növ koronavirus aşkar edilməyib.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, təxliyə edilən 42 nəfərdən götürülən nümunələr üzrə testlərin tam nəticələri məlum olub.

Xatırladaq ki, fevralın 2-də axşam saatlarında yeni növ koronavirusun yayıldığı Uxan şəhərindən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarını təxliyyə edən təyyarə Ankarada eniş edib. Təxliyyə edilən şəxslər və təyyarənin heyəti karantinə yerləşdirilib.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb.

Yeni növ koronavirusa yoluxanların sayı 63851 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6723 nəfər təşkil edib.