adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2020 10:57
9871
MƏMLƏKƏT
A- A+

Bakıda əsas magistral yollarda sürət azaldıldı

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.