adalet.az header logo
  • Bakı 13°C
13 Fevral 2020 16:59
7777
GÜNDƏM
A- A+

MSK bu dairədə seçkilərin nəticəsini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.

Trend-in məlumatına görə, müraciətdə qeyd olunub ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.