adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Fevral 2020 14:21
5960
HADİSƏ
A- A+

Cəlilabad sakinindən sənədləri olmayan ov tüfəngi götürülüb

Cəlilabad rayon sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinar kənd sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-17” markalı ov tüfəngi aşkar edilərək götürülüb.