adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Fevral 2020 10:48
24478
KRİMİNAL
A- A+

“Yaşasın oğrular” deyən müstəntiq işdən qovuldu - VİDEO

Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsinin müstəntiqi Rafik Aqliullin ziyafət zamanı səsləndirdiyi şüarlara görə vəzifəsindən azad edilib.

Güc strukturları nümayəndələrinin iştirakı ilə keçirilən ziyafətdə onlar "Yaşasın oğrular!”, "A.U.E!” deyərək kamera qarşısında kriminal aləmə dəstək nümayiş etdiriblər. Ziyafətdə lentə alınan video "Instagram”da yayılıb.

Regional İstintaq Komitəsinin açıqlamasında bildirilib ki, həmin şəxslər Rusiya İstintaq Komitəsi əməkdaşının andını pozublar.

Devkin isə sərxoş olduğunu və sadəcə zarafat etdiyini söyləyib. Dediyinə görə, onunla birlikdə olan digər əməkdaşlar Devkinə iradlarını bildiriblər.(azvision.az)