Zəlzələ zonasından təxliyə edilən 105 vətəndaşımızdan 42-i Naxçıvana çatıb
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Elazığ və Malatyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.
Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.
Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.
Digər Xəbərlər
24 Aprel 2024 18:35
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO
24 Aprel 2024 15:36Hikmət Mirzəyevdən qisas almaq istəyən konqresmen KİMDİR...
24 Aprel 2024 15:21Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 15:12Qocanın qəliz israrı: Bu gün yenidən “soyqırım” dedi
24 Aprel 2024 14:12