adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2020 17:34
13114
GÜNDƏM
A- A+

Nazir Salyanda 2 nömrəli məktəbdə nöqsanlar aşkarladı

Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli tam orta məktəbdə olub.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub.

Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.