adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Yanvar 2020 16:04
36603
KRİMİNAL
A- A+

Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı

Bakıda xadimə işlədiyi evdən5000 manatlıq oğurluq edib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.