İlham Əliyev Davosda merlə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, bir müddət əvvəl Montrö şəhəri iləBakının Səbail rayonunun qardaşlaşdığı bildirilib.
Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edildi və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Digər Xəbərlər
25 Aprel 2024 14:44
Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - ŞƏRH
25 Aprel 2024 14:30Fuat Oktay: Qarabağ məsələsi həll olundu, hazırda proseslərin növbəti mərhələsi gedir
25 Aprel 2024 12:55İlham Əliyev və Japarov Cümə məscidinin açılışında
25 Aprel 2024 12:47“Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik” - İlham Əliyev
25 Aprel 2024 10:26