adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Yanvar 2020 14:00
11603
GÜNDƏM
A- A+

Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü

Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.

Adalet.az-ın məlumatına görə, məktəbə gedərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı minik avtomobili vurub.

Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb:

"Hazırda şagirdlər müalicələrini "Bakı City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".