adalet.az header logo
  • Bakı 13°C

Gülüş hədəfinə gəlməyənlər... - Eminquey yazır

14104 | 2020-01-24 12:51

İnsan ölsə də,söz ölmür. İnsanın cəmiyyətdə özü haqqında yaratdığı fikir də sözlə ifadəolunur. Və insan ölsə də, özü haqqında qoyub getdiyi fikirlər yaşayır.

Ölkəparlamentə seçki dönəmini yaşayır.

Bir-birindənəcaib, bir-birindən gülməli seçki platformaları, posterləri ilə rastlaşırıq.

Bütünbunlardan ilhamlanıb mən də namizədliyini verməyən məşhur müğənnilərin "namizədolsaydı” başlığı altında seçki posterlərini düzəltməyə başladım.

Sosial şəbəklərdəxeyli reaksiya gördü bu posterlər və xeyli də paylaşıldı.

Yumor dabütün şeylər kimi xammala əsaslanır.

Əgər müxtəliffikirlərilə, ya da bir hərəkətilə yadda qalan fiqurdusa, nə əla!

Döşə getsin!

Sözdən sözçıxar...

Məsələn, müğənniRüfət Axundovun seçki posterində sloqanı mənə görə belə olardı: "Mənə səsverin, səsim yoxdur”.

Bu düzəltdiyimposterlər arasında ən çox reaksiya görənidir.

Hətta dostumaktyor Elcan Rəsulov düzəltdiyim posteri Rüfət Axundovun özünə yollayıb,yazışmanı skrin edib mənə də yolladı. Sağ olsun, özü haqqında düzəltdiyimposteri gülərək cavablayıb.

Yumor hədəfiməNiyaməddin Musayev, Baloğlan Əşrəfov, Elxan Şirinov, Telli Borçalı, NamiqQaraçuxurlu kimi müğənnilər də düşdü.

Və bütün buinsanlar cəmiyyət üçün maraqlı fiqurlardı.

Onlar təkcəsənətləri ilə yox, həm də bir cümlələri ilə də yadda qalmış insanlardı.

Amma...

Neçə gündürBilal Əliyevin seçki posterini düzəldə bilmirəm.

Baxmayaraqki, məni Bilal Əliyevlə bağlı statuslarla da tanıyırlar.

Amma buseçki posteri ki var, Bilal Əliyevin önündə aciz qalır.

Hansısa biryadda qalan fikrimi? Eşitməmişik...

Hərəkətimi?Xeyr...

Bircə illərdirdəyişməyən saçları və kostyumu ilə yumora gəlir.

Ki, ona daartıq gülüb qurtarmışıq.

Bütünbunları deməkdə qəsdim odur ki, insanlar, xüsusilə də sənət adamlarının özlərinigizlətməkləri mənə görə sünilikdir. Cəmiyyətdə baş verən proseslərə reaksiyaverməmək, ancaq toy dərdində olmaq, necə olur axı? Necə ola bilər ki, insanömür boyu ətrafında baş verənlər haqqında bir cümlə də deməsin, bir cümlə dəolsa, yazmasın.

Sənətadamları özlərini ifadə etməkdən, fikirlərini deməkdən niyə çəkinirlər?

Bəlkəqazandıqları adları itirməkdən qorxurlar?

Bəlkə qazandıqlarıalqışları itirməkdən qorxurlar?

Bilmirəm...

Hər nədirsə,ciddi məsələdir.

"Mən xalqınyaddaşında ancaq sənətimlə qalacam” deyimi artıq öz istifadə müddətini bitirib.

İstənilən sənətkarınhəyatından özləri istəsələr də, istəməsələr də nələrsə yazılır. Ya bir lətifəmi,ya da bir əhvalatmı...

Biraz diriolun, biraz emosiya!

Çəkinməyinfikirlərinizi ifadə etməkdən...

Nə qədərqaynana-gəlin söhbətlərinə güləcəyik?

Gülüş hədəfinəgəlməkdən qorxmayın...

O boyda alim Albert Eynşteyn dilini çölə çıxararaq poz verib şəkil çəkdiribsə o vaxt, siz nədən çəkinirsiz?!

TƏQVİM / ARXİV