adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Yanvar 2020 12:46
10210
GÜNDƏM
A- A+

“Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib

Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına əsasən, 141 ölkə arasında Azərbaycan son 3 ildə "Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 45 pillə irəliləyərək 30-cu yeri tutub.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Hesabata əsasən, Azərbaycan "Təhlükəsizlik” indikatoru üzrə 18 pillə irəliləyərək 22-ci, eləcə də "Mütəşəkkil cinayətkarlıqla mübarizənin səviyyəsi” indikatoru üzrə 25 pillə irəliləyərək 18-ci mövqedə qərarlaşıb.