adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Yanvar 2020 18:10
34782
SİYASƏT
A- A+

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

Deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonu Əliyar Əliyev küçəsi 36 saylı məhəllədə məskunlaşan bir qrup Füzuli rayonundan məcburi köçkün düşmüş seçiciləri ilə görüşüb. 

Səmimi keçən görüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaçqınların və məcburi köçkünlərin problemlərinin, sosial müdafiəsinin həlli istiqamətində atılan addımlardan danışılıb. Seçicilər hər zaman ölkə rəhbərliyinin apardığı siyasəti dəstəklədiklərini və qısa zamanda öz doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirmişlər.