adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Yanvar 2020 10:48
44734
SİYASƏT
A- A+

Diplomatik böhranda “bığ” amili

ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Harris özünə bığ qoyub. Deyib, day bəsdi bığsız yaşadığım, indidə bığlı oğlan olacağam. Bunun bığı çıxan kimi Cənubi Koreya xalqı qalxıb ayağa, etiraz edib.Təsəvvür edin, ABŞ ilə Cənubi Koreya arasında H.Harrisin bığına görə diplomatik böhran yaşanıb. Deməli, 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya Koreya yarımadasını işğal edib. Sonra ora Yoşimiki Haseqava adlı birini təyin edib. Sən demə, ABŞ səfiri bığ qoyandan sonra həmin o Yoşimiki Haseqavaya bənzəyirmiş..

İndi, biz neyniyək? Ölkəmizə tayqulaq bir səfir yerləşsı, bizdəmi etiraz edib dava salaq?

Bunlara bax.. bığından oxşadıblar... Nə qəribə adamlar varmış..

Əntiqə RƏŞİB