adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2020 15:18
16119
GÜNDƏM
A- A+

MSK bu namizədləri qeydə almadı

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

Adalet.az-ın məlumatına görə, iclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədiklərinə görə qeydə alınmadıqları bildirilib. Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanıldı.

MSK sədri M.Pənahov isə bildirib ki, əmlakı barədə düzgün məlumat göstərmyən namizədə kömək etmək mümkün deyil: "Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də əmlakla bağlı məsələni nəzərə ala bilmirik”.

M.Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: "Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.