adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2020 11:00
31046
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TƏKLİF...

Neynirsən nişan alıb,
Necə atsan dəyəcək...
Ağlım güllədə qalıb -
Dəyib, məni əyəcək!..

Boş ver qayğı yükünü,
Xurcun etmə çiyninə.
Daraqdakı tükünü -
Gətirmə heç eyninə...

Ürəyinin odunu
Ruhuna havadar et...
Unut, onun adını -
Görmə, ya üstündən get!

Çırp daşa əsəb kimi
Yad nə varsa içində...
Bitsin qoy əzab kimi -
Həyat , mənim üçün də!

... Neynirsən nişan alıb,
At, əlində nə varsa...
Dəyəcək, təki qorxma ,
Məni, sən qan aparsa...