adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İnsanlar niyə edam cəzası istəyirlər? - Eminquey yazır

EMİNQUEY AKİF
75633 | 2020-01-14 16:28

Sondövrlər cəmiyyətdə edam cəzası tələb edənlər baş qaldırıb

Bəs yaxşı, edam cəzasına tələbathardan doğur?

Bu gün ölkədə baş verən bir sıra qətllər,zorlanmalar gündəmi zəbt edib. Ölkə balaca, sayımız az. Burdan danışdığın azkeçməmiş lap "Yuxu” filmindəki kimi gedib Səddamın qulağına çatır. Saytlar üçünəla oxunuş mənbəyi olan bu cür xəbərlərin çəkisi o qədər yüksəkdir və o qədərcanımıza işləyib ki, ölkədə zorlanma, qətl baş verməyəndə birtəhər oluruq,özümüzü pis hiss edirik.

Elina hadisəsi və onun nəticələrini yadımıza salaq.Günlərlə sosial şəbəkələrdə hamının bir nəfər kimi "Elina üçün susma” deyibbağırdığı, aksiyalar təşkil etdiyi və yüngül cəzayla ətəyini itin ağzındanqaçıran direktor.

Və üstündən az keçmiş yeni bir hadisə. Bu dəfə də10 yaşlı Nərminin zorlanıb yandırılması. Yenə insanlar bir nəfər kimi Elinaya verdiyitəpkini nümayiş etdirir. Bu qətllə bağlı hər şey yazılıb demək olar ki. Onagörə ətraflı yazmayacam. Baxmayaraq ki, saytlar "qatil” kimi qələmə verir vəhələ İlkin Süleymanovun qatil olduğu sübut olunmayıb, yenə də motivi hələ kiqaranlıq qalan bir qətl.

Psixologiyamıza yeridilən Xoşqədəm ideologiyasıbizi o qədər aciz duruma salıb ki, artıq dövlət orqanlarını unutmuşuq. Bu təkcəXoşqədəmin günahı deyil, həm də dövlət orqanlarının səhlənkarlığınınbəhrəsidir.

Bütün bunları üst-üstə yığıb od vuranda yerdə külolub qalan "edam” cəzası olur. Artıq hər şeydən əli üzülən insanlar bir vaxtlarləğv olunmasına sevindiyi edam cəzasının yenidən bərba edilməsi üçün çağırışlaredir. Hətta ölkənin ən tanınmış aparıcılarından biri Xoşqədəm xanım bunubirbaşa televiziyadan həyata keçirir.

Edam cəzası bizə təkcə bütün bu səbəblərdənmi zühuroldu?

Bəlkə ən yaxın qonşumuzdan keçib bu xəstəlik?

Heç kimə sirr deyil ki, edam cəzası elə qonşu ölkəolan İranda bu gün də tətbiq olunur. Və İranın bizim cəmiyyətdə böyük təsirivar. Şiəçiliyin bizə öyrətdiyi "vasitəçi”lik nədir?

Allahdan birbaşa yox, onun sevimli hesab olunanbəndələri vasitəsilə yardım diləmək.

İmamlar, pirlər, ağalar...

İnsan Allahdan dilədiklərinin cavabını almayanda üztutur vasitəçi ilə istəyinə nail olmağa. Necə ki, biz sevdiyimizə sevgimizibirbaşa deyə bilməyib "aradüzəldən” axtarırırıq. Bu gün dövlət orqanlarınınsəhlənkarlığı bizi həmin vasitəçilərə möhtac qoyub. Bizim indiki ağamız,pirimiz Xoşqədəmlər, Zaurlar, Elgizlərdir. Yalnız onların sevimli xətrinə görəişlərimiz həll oluna bilər. Əgər onlar da bacarmasa, edam cəzası.

Gəlinəvvəla ona diqqət yetirək ki, Azərbaycandaölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünəməhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb.Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunanşəxslərə ölüm hökmü elan edilib.

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi "ölüm kamerası"adlanan otaqda yerinə yetirilirdi. Cəza yalnız bir üsulla – güllələnmə ilə icraolunurdu. Vaxtı iləhəbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar"ölüm kamerası"na gözübağlı gətirilirmiş. Burada məhkumunəziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.

Bayıl həbsxanasında çalışan şəxslərindediklərinə görə, uzun illər burada erməni millətindən olan şəxslər cəlladlıqedib. Erməni cəlladlar məhkumları xüsusi amansızlıq və əzabla öldürürmüşlər. Yeni dövrdə məlum olub ki, ötən əsrin 30-50-ciillərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilirmiş.

Edam cəzası nədir?


Bu cəzanı müdafiə edənlər hesab edir ki, edam cəzası cinayətlərin sayınınazalmasında rol oynayacaq. El diliylə desək, "görk olacaq”. Əleyhinə olanlarüçünsə qəddarlıqdır, qeyri-insani cəza üsuludur. Edam cəzasına dar ağacındaasma, baş kəsmə, güllələnmə, elektrik üsulu, dərmanla yatırtma kimi bir çox üsullaraiddir. Demək olar ki, insanlıq tarixi qədərqədim olan bu cəzalandırma üsulu bu gün bir çox dövlət tərəfindən həyata keçirilir.Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə 2015-ci ildə son 26 ildəedam cəzası ən yüksək həddə tətbiq edilib.

Bu cəza növü hansı ölkələrdə tətbiq olunur?

Demokratik ölkələr kimi qəbul olunan Avropa vəLatın Amerikası dövlətləri ölüm hökmünü ləğv edib. Amma ABŞ, Qvatemala vəKaribhövzəsində bu yanlış cəzalandırma üsulu hələ də tətbiq olunur. Eynişəkildə Asiya və Afrikadakı bəzi demokratik ölkələrdə də ölüm hökmü hələ dəqüvvədədir.

Dünyada edam cəzasının ən çox həyatakeçirildiyi ölkələrə baxdıqda isə bir neçəsi istisna olmaqla demək olar ki,hamısının anti-demokratik qəbul edilən, ya da tam demokratik olmayan ölkələrolduğu gözə çarpır.

Demokratik olmayan ölkələrdə ölümhökmü olduqca geniş yayılıb. Nümunə verməli olsaq, 2014-cü ildə dünyada 1.652 edamcəzası icra edilib. Bunlardan 1.000-dən çoxu kommunist Çin tərəfindən həyatakeçirilib. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmənvə Şimali Koreya ərazisində edam edilib. Edam cəzası daha çox Cənubi Asiya vəŞərqi Afrikada tətbiq olunur kimi görünsə də, əslində ABŞ da bu məsələdə böyükistisnadır.

1882-1920-ci illər arasında ABŞ-da4.742 nəfər məhkəməsiz asıldı, yaxud da linc edildi. Bu insanların 3.345-i isəvətəndaş müharibəsindən sonra zorakılıq hərəkətlərində asılan, yandırılan,çarmıxa çəkilən və ya döyülərək öldürülən zənci amerikalılardır.

Bütün bunlar statistikadır. Vəstatistikadan məlumdur ki, edam cəzası tətbiq olunan ölkələrdə cinayətlərinsayı azalmayıb.

Edam, məqsədi ədaləti təmin etmək olan bir məhkəməüçün verilən ən çətin qərarlardan biridir. Çünki təqsirləndirilənin edamınıntələb olunduğu məhkəmə prosesləri də çox vaxt çaşdırıcı və istiqamətvericiolur. İbtidai istintaq texnologiyaları tədricən dəyişir. Belə ki, FederalTəhlükəsizlik Bürosu 2000-ci ildən əvvəlki 3.000 cinayət işini yenidənaraşdırmış və onlardan 90%-də nəticələrin xətalı olduğunu müəyyən etmişdir.

Yəni edam cəzası heç də həmişə özünü doğrultmur.

Xüsusən də ədalətsizlik olan ölkələrdə daha ciddifəsad törədə bilər edam cəzası.

Bütün statistik göstəricilər bunu deyir ki, edamcəzası tətbiq olunan ölkələrdə ağır cinayətlərin sayı azalmır.

Bəs niyə insanlar edam cəzasını istəyir?

Məncə, bu yenə də bizim "görk olsun” məsələsinəgəlib dayanır.

Son dövrlər arvadını xəyanət üstündə tutan, sonraçəkib sosial şəbəkələrdə yaymağın da alt qatında "görk olsun” amili dayanır.Ammm "görk olsun”la xəyanətlərin, cinayətlərin sayı azalırmı?

Bu haqda yaxşı düşünün...

TƏQVİM / ARXİV