adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Yanvar 2020 16:40
18634
GÜNDƏM
A- A+

Səbaildə 47 yaşlı kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyindən  verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Pitikov Andrey Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.