adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: LƏYAQƏTLƏ YAŞANAN ÖMÜR

FAİQ QİSMƏTOĞLU
48169 | 2019-12-19 09:18

Zamanından və məkanındanasılı olmayaraq, dünya həmişə yaxşı və ziyalı insanların çiynində olub. Və bu yaxşı və ziyalı insanlar hardaçalışmasından, hansı vəzifəni tutmasından asılı olmayaraq, öncə haqqı, ədaləti,öncə insanlığı dəyərləndiriblər. Belə birdeyim var: "Ədaləti və mərhəməti olmayanın adamlığı olmaz”. Yəni adamolmamışdan öncə o şəxsin ədaləti, mərhəməti və vicdanı insanlar tərəfindən dahaçox qiymətləndirilir. Və belə adamlar ziyalı kimi, şəxsiyyət kimi və ən nəhayət,böyük insan kimi həmişə görünür, hiss olunur.

Belə dəyərli şəxsiyyətlərdən,ziyalılardan və böyük insanlardan biri də uzun müddət hüquq-mühafizəorqanlarında işləmiş və dünyasını dəyişmiş görkəmli hüquqşünas, Xətai Rayon Məhkəməsininsədri Nazim Tağıyevdi. O Nazim Tağlyev ki, harda işləməsindən asılı olmayaraq,çalışdığı vəzifənin nüfuzunu yüksəldib... O Nazim Tağıyev ki, prokurororqanlarında işləyəndə də, istintaqçı olanda da və hakim kreslosunda əyləşəndədə həmişə başının üstündə Allahı görüb... O Nazim Tağıyev ki, bir şeyin həqiqətolduğunu və ədalət olduğunu biləndən sonra heç kəs onu başqa yola, qaranlığa çəkəbilməzdi. Çünki Nazim Tağıyevhüquq-mühafizə orqanlarında işə başladığı ilk gündən ömrünün sonuna qədərhaqqa, ədalətə və Allahın böyüklüyünə sığınıb. Təbii ki, ədalətli, savadlıhüquqşünaslar vəzifədə əyləşəndə ilk növbədə bu xeyr o ölkənin vətəndaşına, oölkənin insanlarına dəyir. Və bu insanlar deyilənlərə yox, gördüklərinəinanırlar. Onu tanıyan insanlar görürdü ki, Nazim Tağıyev prokuror kimi də,istintaqçı kimi də, hakim kimi də çox ədalətli və təmiz bir hüquqşünas idi.

Onunla bir dəfəsöhbət eləyəndə, bir dəfə süfrə arxasında əyləşib bir stəkan çay içəndə buinsanın nə qədər böyük ziyalı olduğunu, nə qədər böyük ürək sahibi olduğunu o dəqiqəhiss edərdin. Hansı vəzifədə çalışıbsa, digər şəxslərdən sadəliyi və səmimiyyətilətamamilə fərqlənib. Adam var ki, bir balaca vəzifə kreslosunda əyləşən kimigözü ayağının altını görmür, elə bil ki, alçaq dağları o yaradıb. Amma NazimTağıyev vəzifə pilləsində qalxdıqca bir qədər də sadələşirdi və bir qədər dəinsanlara, camaata yaxın olurdu. Onun qapısını kim döysəydi, böyük ürəkaçıqlığıyla qarşılayardı.



Zarafat deyil,Füzuli 1993-cü il avqustun 23-də işğalolunandan sonra nə qədər həmyerlisi kömək üçün ona üz tutuardı. Və Nazim müəllimdə bacardığı qədər yanına gələnlərə kömək göstərərdi. Özü kömək göstərə bilmədikdədostlarından xahiş edərdi ki, bu adamlar çətinə düşüb, ona kömək eləsinlər. Vədostları da çox sağ olsun, onun sözünü yerə salmazdılar, həmin adamlara əltutardılar.

Mənim NazimTağıyevlə tanışlığım 1990-cı illərdə yaranıb. O vaxtlar respublikanın başprokuroru, gözəl insan, vətənpərvər ziyalı, rəhmətlik İsmət Qayıbov idi. NazimTağıyev də baş prokurorluqda İstintaq İdarəsinin rəisi idi. Mən də həmin dövrdə onun nəzarət etdiyi cinayətişindən məhkəmə oçerki yazmışdım. Bu oçerkin sərlövhəsi belə idi: "Qətlin qiymətiəlli min manat!”. Həmni dövrdə Xırdalandakı Pivə Zavodunun direktorunu qətləyetirmişdilər. İstintaqa da nəzarəti Nazim Tağıyev edirdi. Qısa zaman kəsiyindəbu ağır cinayəti törətmiş şəxslər istintaq hərəkətləri nəticəsində tapıldı vəonlar məhkəmənin hökmüylə ağır cəzaya məhkum edildilər. Bir dəfə də yazı davamedəndə Aqil Abbas dedi ki, bəs Nazim Tağıyev səninlə görüşmək istəyir. Deyirki, Faiq Qismətoğlunun məhkəmə oçerki xoşuma gəldi. Tanımadan, bilmədən mənim dəadımı çəkib. Təbii ki, biz Nazim müəllimlə elə Respublika Prokurorluğundagörüşüb tanış olduq. Yazıyla bağlı daha maraqlı materiallar verdi. Və omateriallardan da oçerkin sonrakı hissələrində istifadə elədim.

Bu tanışlıqdansonra Nazim Tağıyevlə bizim aramızda dostluq əlaqəsi yarandı. Lənkərandaprokuror işləyəndə də, hərbi prokurorluqda məsul vəzifədə çalışanda da tez-tezzəngləşərdik. Tez-tez görüşməsək də, amma qəlbən, ruhən bir-birimizə çox yaxınidik. Görüşəndə həmişə Füzulidən danışardı. Heç mən onların Füzuli şəhərindəkievlərini görməmişdim. Deyərdi ki, bizim ev məhkəmənin binasının yaxınlığındayerləşir və evimiz də tez-tez yuxuma girir. Nazim Tağıyevin atası rəhmətlikHüsü kişi də çox ziyalı, vətənini, torpağını sevən bir ağsaqqal idi. Füzulidətanınan, sayılıb-seçilən samballı və ağayana ağsaqqal kişilərdən biri idi. Hüsümüəllim rəhmətə gedəndə yas məclisində də iştirak eləmişdik. Onda gördüm ki,ata itkisi Nazim Tağıyevə çox ağır təsir edib. Xüsusəndə vətəndə yox, qərib biryerdə dünyasını dəyişməyi onu çox narahat edirdi. Amma həyatın da çox sərt üzüvar. Və bir də elə Azərbaycanın hər qarış torpağı vətən deyilmi?! Əlbəttə, Azərbaycanınhər ormanı, hər yurdu, hər məkanı bizim üçün vətəndi.

Ədəbiyyatı, poeziyanıvə ən nəhayət, gözəl sənət əsərlərini çox sevərdi. Dostluq elədiyi adamların əksəriyyətiziyalılar idi. Xüsusən də istedadlı yazarlar Seyran Səxavət və Vaqif Bəhmənliilə çox yaxın münasibətləri vardı. Həmişə görüşəndə elə birinci məndən yaSeyranı, ya da Vaqifi soruşardı. Deyərdi ki, hər ikisinin şeirlərindən və hekayələrindənFüzulinin ətri, qoxusu gəlir. Seyran Səxavətin çox dadlı-duzlu, yumorlu söhbətlərinitez-tez xatlırlayardı. Poçtalyon Qədiri yada salar, onun lətifələrini danışardıvə sonra da deyərdi ki, Seyran Səxavət onun obrazını hekayələrində çox gözəlyaradıb.

Əlbəttə, insansavadlı, dünyagörüşü zəngin olanda onunla danışmaq, ünsiyyət yaratmaq və eldilində demiş olsaq, körpü yaratmaq çox asan olur. Mən inanmıram ki, hansısaziyalı adam Nazim Tağıyevlə söhbət eləyəndə, dərdləşəndə darıxaydı, özününarahat hiss eləyəydi. Onun oturuşunda da, duruşunda da, danışığında da bir əzəmət,bir şirinlik, bir doğmalıq vardı. Ərgünəşdən, Köndələn çaydan, Füzulinin digərgözəl yerlərindən elə maraqlı söhbət açardı ki, elə bil ki, oturmusan Köndələnindöşündəki Çənlibel restoranında və ordan Köndələnə baxırsan. O, danışmırdı, həmdə ürəyinin, qəlbinin səsini, işığını qarşısındakı insanın iç dünyasına ötürərdi.Və onu dinləyəndən sonra Füzulinin bütün gözəlliklərini – çaylarını, göllərini,yaylaqlarını, dağlarını, ormanlarını gəzib gəldiyini hiss edərdin. Hiss edərdinki, o gözəl yurdun, o gözəl məkanın işığına, nuruna bələnmisən və hətta qəlbininqaranlığına da bir nur hopub.

O, Bəhmənliyəçox yaxın bir ziyalı idi. Və bu yaxınlıq da tanınmış hüquqşünas Kamran Əhmədovlaqohumluqla tamamlanmışdı. Və həmişə də onların mehriban münasibətlərinin,dostluğunun sədasını eşidirdik. Hər iki istedadlı və ədalətli hüquqşünasbir-birini çox gözəl tamamlayırdı. Onları həm də nəvələri birləşdirir. Və bu nəvələrbu gün ömrü yarımçıq qalmış Nazim Tağıyevin ömrünü davam etdirirlər. ÇünkiNazim Tağıyev ədalətli və savadlı hüquqşünas olmaqla yanaşı, həm də gözəl ailəbaşçısı idi. O, gözəl ataydı, gözəlbabaydı və gözəl də dostuydu.

Deyirlər ki, əvəzedilməzinsan yoxdu. Mən bu fikirlə qətiyyən razı deyiləm. Heç bir insanı kimsə əvəz edəbilməz. O ki, qala ədalətli, vicdanlı və səmimi insan olan Nazim Tağıyevi. Bucür şəxsiyyətlər öz ömürlərini çox mənalı yaşayırlar və öz izlərini qoyub getməyibacarırlar. Çünki onlar hansı vəzifədə əyləşməyindən asılı omayaraq, öncə ləyaqəti,öncə ədaləti və öncə həqiqəti üstün tuturlar. Bu dəyərləri üstün tutan insanlarisə heç vaxt yaddan çıxmır və heç vaxt da unudulmurlar.

Dekabr ayının 19-daXətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevin Allahın dərgahına qovuşmasının40 günü tamam olur. Bu 40 gün onun doğmaları üçün, onun yaxınları üçün çox ağırkeçib. Ağır keçsə də, onun şərəfli və ləyaqətli ömür yolu onu sevənlərə çoxböyük təsəllidi. Ən azından ona görə ki, Nazim Tağıyev kimi istedadlıhüquqşünaslar bu xalqın tarixində həmişə yaşayacaq və xatırlanacaqdı. Qəbrinnurla dolsun, Nazim müəllim!


TƏQVİM / ARXİV