adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Dekabr 2019 17:51
28170
SİYASƏT
A- A+

Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Prezidentİlham Əliyev"Patent haqqında” qanunun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Adalet.az-ın məlumatına görə, 2.1-ci bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılıb. Həmin bənddə "39.2-ci maddəsində (birinci halda)” sözləri "39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilib.

Eyni zamanda, aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib:

"2.1-1. həmin qanunun 39.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur”.

2.2-ci bənddə "39.2-ci maddəsində (ikinci halda)” sözləri "39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

2.4-cü bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılıb və həmin bəndə "39.2-ci maddəsində” sözlərindən sonra "(birinci halda)” sözləri əlavə edilib.