adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Dekabr 2019 09:08
20511
GÜNDƏM
A- A+

ÖMRÜNÜZDƏ BİR AĞAC ƏKMİSİNİZMİ?

Nəsiminin 650 illiyi ilə əlaqədar ölkədə ağac əkmə kampaniyası gedir.

Bu il Nəsimi ili çox geniş qeyd edildi - rayonlarda, mədəniyyət evlərində, məktəblərdə, kitabxanalarda, şəhər mərkəzlərində, eləcə də ölkə xaricində.

Azərbaycanda hər il ağac əkmə kampaniyası aparılır. Builki də Nəsiminin şərəfinə həyata keçirildi ki, 650 min ağac əkək.

Bu tədbirlərdə bəzi rayonlarda Nəsimi obrazını yaradan aktyorlar da iştirak edirdilər ki, onlar da tədbirdən ya əvvəl, ya da sonra Nəsiminin qəzəllərini oxuyurdular.

Vay dədəm, vay, sosial şəbəkələr, müəyyən saytlar bunu lağ yerinə çevirdilər. Bu barədə Xalid Kazımlı «Yeni Müsavat»ın saytında lağ eləyənlərə çox tutarlı bir cavab yazıb. Ona görə, mən onu təkrar etmək istəmirəm, tapın oxuyun.

Mən ayrı bir şey demək istəyirəm. Ay lağ eləyənlər, ömrünüzdə heç olmasa bir ağac əkmisinizmi?!