Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb
Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, "102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində "KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.
Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Digər Xəbərlər
23 Aprel 2024 11:35
Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51Ağcabədidə "Mercedes" yandı
19 Aprel 2024 18:04