adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Dekabr 2019 12:46
34503
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: MƏSCİD DİVARI ÖNÜNDƏ DUA

Mənim dualarımı -
Gözmuncuğu say , gülüm...
Bu dualar ömürdən -
Paydı sənə, pay, gülüm!

Qaldım quyu dibində
Əlim "Unut! " -
cibində...
Adım varsa dilində -
Hay ver mənə, hay, gülüm...

Üfürülüb şişəcək
Ahıma şeh düşəcək...
Ağzımda dil bişəcək -
Belə getsə tay, gülüm...

Qəlbi taxtından devir
Hər gün başına çevir...
Əbülfət məni sevir! -
Deyib, bunu yay, gülüm!