adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Dekabr 2019 12:35
33810
ŞOU-BİZNES
A- A+

Kamanın ”Bali”si qısqandıracaq...

Rəqqasə Kamanın okean sahillərində çimərlik geyimindəki pozaları ilə dolu olan klipi deyəsən həmkarlarını qısqandıracaq.

Adalet.az xəbər verir ki, Rəqqasə Kama Safarəliyeva yeni klipi üçün İndoneziyaya gedib və çox baha başa gələn bir klip çəkdirib:

"İstədim ki, həm təbiət qoynu olsun, həm də fərqli bir klip alınsın. Bunun üçün də gözəl mənzərələrlə bol olan Balini seçdim. Məncə, pis də alınmadı. Klip çox rəngarəngdir". deyən sənətçi klipinə də elə "Bali" adını verib.

Kama beş fərqli obrazdaadanın fərqli yerlərində rəqs nümayiş etdirib. Diqqətçəkən məqamlardan biri isə rəqqasənin okean sahilində çimərlik geyimində pozlar verməsi olub.


Rəqqasə ekran işində adanın sakinlərinə də yer verib. Onun makiyajı üzərində isə vizajist Günel Axundova çalışıb.

Kama hər zaman öz üzərində çalışdığını, uşaqlıqdan rəqslə məşğul olduğunu söyləyib:

"Uzun müddətdir rəqqasəlik edirəm. Uşaqlıqdan buna həvəsim olub. İndi də üzərimdə çalışıram. Qarşıda isə daha maraqlı layihələrim var".


Əntiqə Rəşid