adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Dekabr 2019 13:44
121623
MARAQLI
A- A+

Qurd həyatı - "heyvanlığa" xas olmayan zəka…

Farscadan gələn Canavar sözü fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub.

Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072-1074 illər)kurtşəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaqoğuzlarişlədir.

Canavarlar haqqında maraqlı faktlar çoxdur.Məsələn, bu heyvanlar hava şəraitindən asılı olaraq, səsləri 9 kilometr məsafədən eşidə bilir.Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.

Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansı bir səbəbdən öldüyü zaman isə erkək qurd dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edərlər. Məsələn, ananın etdiyi kimi balalarını yedirər, balalar yatarkən onları qarnının altında alaraq qucaqlayar, bərabər gəzməyə çıxar...

Ac canavar bir oturuma 10 kiloqram əti təkbaşına yeyir. Onlar 13 kilometr dayanmadan üzə bilər. Qarğalar adətən canavarlar yaşayan yerə yaxın ərazidə məskunlaşır. Qədim asteklər canavar ciyərindən ruhi xəstəliklərin müalicəsində istifadə ediblər. Canavar, adı Qırmızı kitaba salınaraq, nəsli qorunan ilk heyvan olub. Onlar hərəkətə daha çox reaksiya verir, nəinki səsə.



Canavarlar sürü şəklində yaşayır. Əgər iki canavar sürüsü eyni ərazidə toqquşarsa, hamısı bir-birini 
parçalayar. Canavar dişləməsi 300 kiloqram ağırlıq gücünə malikdir. Canavarlar əhliləşməyən yeganə yırtıcı heyvandır.

Ailə şəklində yaşayan canavarlar öz aralarında bir-birinə sadiq olur. Belə ki, canavar partnyoru öldükdən sonra onu başqası ilə əvəz etmir. Dişi canavar yatarkən erkək onu qoruyur. Hər bir canavar sürüsündə dominant cütlük olur ki, digərləri onlardan nümunə götürür. Küləklə dalğalanan parça gördükdə canavarlar qorxur. Onlar olduqca dözümlü heyvandır və buna görə də 10 gün ac qalan canavarın aktivliyi dəyişmir. Canavar balaları daha çox yay fəslində doğulur və onların 500 qram çəkisi olur. Yetkin canavar 100 kiloqram ola bilər.

Almaniya canavar sürülərinin qorunması ilə məşğul olan ilk ölkədir. Canavarlar dayanmadan yüksək sürətlə 20 dəqiqə qaça bilir. Onların iybilmə qabiliyyəti insandan 100 dəfə güclüdür. Canavarlar 100 milyon ildən çoxdur ki, Yer kürəsinin sakinidir.

Canavarlar bizim planetdə ən çox yayılmış yırtıcılardan sayılır.

Adalet.az bu sərt heyvanların ən ağır döyüşlərindən hazırlanmış videonu təqdim edir:




Əntiqə Rəşid