adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

20 NOYABR – Qarakəndin qara səması... - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
94937 | 2019-11-21 09:24

O vaxt məktəbli idim. Yadıma gəlir, ucqar birrayonda, buxəbərdən hamımız necə sarsılmış və hətta qorxmuşduq. Busiyahıda olanlardan baş prokuror İsmət Qayıbovu,daxili işlərnaziri MəhəmmədƏsədovuvə jurnalist Osman Mirzəyevitanıyırdım.Televiziya ekranından təbiiki... Amma İsmətQayıbovu həmdə sevirdik. Televiziyaekranından tez-tez görürdük onu, bəlkə də ona görə idi. Bəlkə də xalqa dahayaxın, onlarla birbaşa təmasda prokurorlar olur, ona görə. Bu sevginin səbəbiniheç bu gün də bilmirəm. Onun olduğu bütün verilişləri maraqla izləyirdik. Onunkimi prokuror olmaq arzusunda nə qədər uşaq vardı məktəbimizdə. İndi dərk edirəmki, böyüklərimiz də ona baxıb, bütün prokurorları elə onun kimi təsəvvüredirdilər.

Bəlkə də bütünbunlardan dolayı rayonumuzda heçkim onun öldüyünəinanmaq istəmirdi...

Alı Mustafayevi o hadisədən sonra tanıdım. Hətta şeirlərinidə əzbərləmişdim. Oxumuşdum ki, Alı bu vertolyotla getməzdən əvvəl ŞəhidlərXiyabanına xitabən "Dəli bir ağlamaq keçir könlümdən" şeiriniyazmışdı. Sonra özü də o Xiyabanda uyumalı oldu. O adda kiçik bir şeirlərkitabı da çıxmışdı. Yadımda deyil, kitab ölümündən əvvəl çıxmışdı, yoxsa sonra, ammayaxşı yadımdadır ki, o kitabı mən elə Şəhidlər Xiyabanının yanında kitab satanbir kişidən almışdım.

Bu gün 28 il keçir o qorxunc gündən.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakəndkəndi üzərində "Mi-8” vertolyotu ermənilər tərəfindən vuruldu.

Nəticədə 22 nəfər həlak oldu. Yadıma gəlir, hadisə yerindən görüntüləri də göstərmişdilər. Onlarınyanmış meyidlərini görüb dəhşətə gəlmişdik. O vaxt indiki kimi hər gün beləqorxunc şeylər göstərməzdilər. Hamı sözün əsl mənasında şokda idi-qapqara kömürədönən insan meyidlərinə baxan hər kəsin nitqi tutulmuşdu sanki.

Çox qorxmuşduq,çox. 90-cı ilin "20 yanvarı da gözümüzün önündə idi axı. 20rəqəminin qaranlıq tərəfi düşmüşdü sanki qismətimizə - dünən 20 Yanvar, bu gün20 Noyabr...

Hadisədən sonra nə qədər vaxt böyüklər "qaraqutu", "qara qutu" deyib danışırdılar. Onun tapılması ilə hərşeyin aydın olacağına inandırmışdılar özlərini. O zaman "qara qutu”nun nəolmasını ağlım kəsmədiyi üçün niyə elə dediklərini anlamasam da, hamı kimiinanır və gözləyirdim tapılacağını.

Bir süstlük, bir sükut çökmüşdü gündəlik həyatımıza.Müharibədən uzaqda, müharibə havasından qorxurduq... Hər yerdə hamı bundandanışırdı. Bu qədər vəzifəli və önəmli adamı necə bir vertolyota yığıb harasagöndərmək olar? Niyə onların heç biri bu təhlükəni hiss edə bilməyib və ya bu"olmaz”ın ola biləcəyi ilə bağlı düşünməyib? Bəlkə də düşünüb, nə bilək.

İstənilənsöhbətin əvvəli və sonu "niyə?” yə ilişib qalırdı. Hətta məktəbdə müəllimlərimizdanışanda da ən çox bu sualı eşidirdik - bu qədər vəzifəli adam niyə birdənhamısı bir vertolyota minib Qarakəndə getməli olublar və necə olub ki, onlarıkimsə müşayiət etməyib? O qədər strateji post sahiblərinin bir yerdə uçma təhlükəsininfərqinə, doğrudanmı, kimsə varmamışdı? Mümkünsüz görünür.

Bəsonda niyə görəsən?... O qədər cavabsız suallar vardı və bu gün də var ki.



Birgün məktəbimizdə onların adı və şəkilləri olan bir stend də vuruldu. Düzqapının girəcəyində...

Tofiq Kazım oğluİsmayılov –dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Başprokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxiliİşlər naziri
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsininrəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladəvəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov –Qazaxıstan DİN-inin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Üstündən iyirmisəkkiz il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlarabu günə qədər aydınlıq gətirilməyib. Hadisənin gedişatını az qala nəfəsimiziiçimizə çəkib izləyirdik. Dedim axı, müharibədən uzaq müharibə havasındanqorxmuşduq. Bugünkü kimi yadımdadır, "Xəbərlər”də ilk olaraq rəsmi məlumat kimi helikopterin dumana düşərək qayayaçırpılmasını dedilər. Bu da nə qədər müzakirə olundu. Kim inanardı buna?..Sonralar Mi 8-in ermənilər tərəfindən vurulması faktı təsdiqləndi. Buna artıqhamı inandı. Çünki ilk olaraq hər kəsin irəli sürdüyü fikir də elə bu idi.

Faciədən 28 il keçsə belə o günlə bağlı bir sıra qaranlıq məqamlara hələ dəqaranlıq olaraq qalır – orda yanıb-qaralan cəsədləri kimi.

Faktla bağlı 1991-ci ildə AzərbaycanınHərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqınaparılması Respublika Prokurorluğuna verilir. Amma bu da heç bir işə yaramır.Çünki, hadisə ilə bağlı cinayət işi üzrə istintaq dayandırılmalı olur. Səbəb isəterror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalıaltında olması göstərilir.

Təbiiki, heç kim bilmədi və yəqin ki, bir də heç vaxt bilməyəcək-səbəbin nəolduğunu. Bəlkə də tam tərsi olacaq. Bir gün torpaqlarımızalınacaq, cinayət işi yenidən açılacaq və hər şey aydınlaşacaq. Zaman göstərər...

Bugün isə hadisə qurbanlarının hamısını sayqı ilə anır və ruhları qarşısında başəyirəm!


TƏQVİM / ARXİV