Hulusi Akar: "Terrorçular hələ də geri çəkilməyib"
"Barış pınarı" əməliyyatı ilə bağlı "Türkiyə Suriya torpaqlarını işğal edir” iddialarının həqiqətə uyğun olmadığı ölkəmizin yüksək vəzifəli şəxsləri tərəfindən tez-tez dilə gətirilir.
Bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar CNN International kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə Suriya və digər qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır:
"Biz "Sülh pınarı" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”
YPG/PKK terror təşkilatının geri çəkilməli olduğu ərazilərdə hələ də qaldığını xatırladan H.Akar deyib: "Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik.”
Digər Xəbərlər
28 Mart 2024 19:49
"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi
28 Mart 2024 19:29"Crocus"dakı terrorla bağlı daha bir nəfər SAXLANILDI
28 Mart 2024 19:03Rusiya "Crocus"dakı terrorda Ukraynanın əli olduğunu ELAN ETDİ
28 Mart 2024 18:34Türkiyə 38 terrorçunu zərərsizləşdirdi
28 Mart 2024 18:15