adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
50848 | 2019-10-07 09:58

(Əvvəli burada)

Bəli, buda Trabzonun girişi. Şəhərə doğru bir az hərəkət edəndən sonra Əhməd qardaşımaözünün dediyi kimi, bir çağrı atıram. Dərhal da cavab verir:

- Əfəndim,hardasan?

- "Cəvahirlər”ikeçdim...

- Oldu,beş dəqiqəyə terminaldayam...

Doğrudanda mən terminala çatanda artıq Əhməd Varol orada məni gözləyirdi. Avtobusdan enənkimi ən doğma adamlar kimi bir-birimizəsarıldıq. Dediyim kimi, son dərəcə diqqətli olan Əhməd bu dəfə də bir nüansıgözdən qaçırmadı:

- Abi, mənsənə söylədim ki, Trabzona çatmamış məni ara. Sən isə Trabzonun içərisində məniaradın. Yəqin istəmisən ki, əziyyət çəkməyim. Amma belə olmaz. Haqqıma müdaxiləetmə. Qoy işlərimi ürəyimcə görüm.



Üzrxahlıqedirəm. Yol-yorğunluğu, yuxusuzluq bəhanələri köməyimə çatır. Və bir də görürəmki, Əhməd yol çantamı artıq maşına qoyub. Və biz onun öncədən mənim üçün müəyyənetdiyi – ayırdığı otelə gəlirik. Burada da hər şey öz qaydasındadı. Beşmərtəbəliotelin ikinci qatında çox xudmani bir otaq ayrılıb mənim üçün. Demək olar ki,onun pəncərə və balkonundan ətrafı seyr etmək mümkündür. Bizi səhər yuxusundanoyadıb oda açarını istədiyimiz cavan bir oğlan 3-cü mərtəbəyə qaldırdı. Mən öncəsöylədiyim kimi, elə Əhmədin yanında da soruşdu:

- Hocam,oda xoşunuza gəldi, yoxsa başqa bir odaya dəyişim sizi?

Ona təşəkkürümübildirdim:

- Hərşey gözəldi! – dedim. Ən gözəli də sizin varlığınızdı.

Otelişçisi sağollaşıb gedəndən sonra Əhməd qardaşım da mehriban bir təbəssümlə dedi:

- Abi, səndə yuyun, istirahət et, saat doqquzda gəlib səni götürəcəm, səhər yeməyinibirlikdə yeyərik. Orada da görəcəyimiz işləri, proqramımızı müəyyənləşdirərik.

ƏhmədVarola təşəkkür edərək vurğuladım ki:

-Qardaşım, sən əziyyət çəkmə. Mən artıqburalı sayılıram. Özüm muxtarlığa gələrəm. Həm də bir az hərəkət etmişolaram – dedim.

ƏhmədVarol mənimlə razılaşmadı:



- Olmaz!– dedi. Yürümək məsələlərinə sonra baxarsan. Bu sabah səni özüm götürəcəm. Saatdoqquza hazır ol...

Onu yolasalıram və sonra otelin balkonuna çıxıram. Trabzonun səhər havası, qızaran göyüzü, güclə də olsa eşitdiyim dənizin səsi məni otaqda dayanmağa qoymur. Və əl-üzüməbir ovuc tələm-tələsik su vurub həyətə enirəm. Otelin bir neçə yüz addımlığındadəniz mənzərəsi açıq-aydın görünür. Ona görə də mənə elə gəlir ki, mütləq onunziyarətinə getməliyəm, mütləq dənizlə görüşüb hal-xoş etməliyəm. Və mən özüm dəhiss etmədən içimin bütün titrəyişini, bütün pıçıltılarını dənizin səsinəqatmağa və bu qovuşmağı Qara dənizin suyunda yuyundurub gün işığına çıxarmağa tələsənbir duruma düşürəm.

Bilmirəm,bu yazdıqlarım, bu dediklərim sizdə hansı hissləri, duyğuları oyadır, amma həqiqətəngözəllik, xüsusilə sahilləri səliqə-səhmana bürünmüş Qara dəniz, bu dan üzüqeyri-adi idi. Ona görə də ağlımdan, ürəyimdən süzülən hər şeyi burda misralamağa,şeirə çevirməyə daxili bir ehtiyac duydum. Və elə həmin ehtiyacın diqtəsilə dəsözü necə gəldi, necə yaşadım, necə duydumsa o cür də addımlaya-addımlayayaddaşıma yazmağa, pıçıldamağa başladım. Yazdım ki:


Sübhdöydüm qapısını

SusmuşduQara dəniz...

Gecikmişdimonunçün –

KüsmüşdüQara dəniz...


Nəqırçınlı ləpələr,

Nə dəcoşqun dalğa var...

Elə bilçəkilmişdi –

Uzaqlaradalğalar...


Mənsarılmaq istədim

O üzünüçevirdi...

Ammahiss edirdim ki –

O da mənisevirdi...


Çünkitoxunan kimi

Ləpəöpdü əlimi...

Bağışladıdeyəsən –

Bu dənizmən dəlini...

***

Sahilboyu gəzirəm. Və mənə elə gəlir ki, bu yerlərdə milyon il bundan öncə olmuşam.Elə bu dəniz də milyon il bundan öncə gözlərimin qarşısında dünyaya gəlib. Həminduruluğuyla, həmin ləpələriylə və bir də təbii ki, gecə-gündüz öpməkdəndoymadığı sahilləriylə...



Sahildəkidaşlara əlimi vururam. Mamırlanmış bu daşların üstü sabun kimidi. Əl öz-özünəsürüşür daşın üzərində. Sanki bu daşların da isti bir toxunuşa, xoş bir nəvazişəehtiyacı var. Mən də oxşayıram bu daşları. İstəyirəm ki, onların da könlünüalım, onları da dinləyim. Görüşlərinə gec gəldiyim üçün onların da könlünüalım... Təbii ki, bütün bunlar bir şair duyğusallığıdı. Bu dənizi, bu torpağısevən bir adamın ürəyinin, iç dünyasının ifadəsidi. Ona görə də dəyərlioxucular bu duyğusallıqda gərək məni üzrlü saysınlar. Axı, sevgi etiraf tələbedir. Xüsusilə o yerdəki o yer xatirələrin ünvanıdı, dostluğun, doğmalığıntimsalıdı. Bax, bu mənada indi gəzdiyim bu sahildə mən bir neçə dəfə doğmalarımla birlikdəaddımlamışam. Burda şəkillər çəkdirmişəm, burda dənizin suyunu ovcuma alıb həmino doğmaların üst-başına çiləmişəm. Nə isə...

Elə bu məqamdayenə ilham pərisi gəlib durur gözümün önündə. Necə deyərlər, şairliyim vururbaşıma. Və mənə duyğularımı, burdayaşadıqlarımı sözə çevirməyə çağırır, hökm edir. Mən bu istəyə tabe oluram. Təbiiki, nəticədə də bu misralar yaranır.


Mən kiməmki, haqq danam

Görüşumdum haqdan an!

Birelçiyəm - haqdanam –

Özümdənözüm sənə...


Ömür bitənbir an ki

Səndə keçirhər an ki!

Sına səbriinan ki –

Bitməzheç sözüm sənə...


Dünyacagünahları

Yıxboynuma ahları...

Açılansabahları –

Qoybaxsın gözüm sənə!


Çığırın,ya izin ver

Söykəndiyimdizin ver...

Səndözmürsən izn ver –

Ölüncədözüm sənə...


Ömür anyonqarıdı

Ərimiş son qarıdı...

Xatirətonqalıdı –

Gülüm, hərközüm sənə...

***

Bəli,bir də onda hiss edirəm ki, günəş artıq dənizdə çimib. Və mənim də kölgəmyavaş-yavaş sahildən dənizin içərisinə doğru gedir. Elə bir yuxudan ayılıram.Mobil telefonda saata baxıram. Türkiyə vaxtı ilə saat 8-di. Ağlıma ilk gələn buolur ki, otelə, odaya qayıdım. Çünki dostumun xasiyyətinə yaxşı bələdəm. Bilirəmki, dediyi vaxtda gəlib odanın qapısını döyəcək. Və hətta bəzən yoldanca zəngvurur ki:

- Abi, mənçatıram, düşə bilərsənmi?



Bax,bütün bunları dəqiq bildiyimdən dənizə "hələlik” deyib üzü geri otelə doğruqayıdıram. Getdiyim yolu öncədən sizə təsvir etmişdim. Yəni gedəndə dağdan üzüyenişə, dənizə doğru gedirdim. İndi isə qayıdıram. Deməli, sahildən üzü dağayerimək, addımlamaq lazımdı. Bunun bir az çətin olduğunu hər kəs bilir. Amma həmhavanın təmizliyi, həm mənzərənin yaratdığı ovqat, həm də bu yerə candan olansevgim üzü yoxuşa olan yolda mənim əlimdən tutur. Çox rahatlıqla bu yoxuşudırmaşıram və gedə-gedə də keçdiyim yerlərdə nələrin dəyişib, nələrin dəyişmədiyininfərqinə varmaq istəyirəm. Küçə boyu getdikcə artıq müştərilərini qarşılayıbyola salan və meşə odunu ilə kürələrdəbişirilən müxtəlif formalı Trabzon çörəkçilərinin əl işlərinin ətri adamı bihuşedir. Həqiqətən kəndimizdə bişirilən çörəyinətri gəlir mənə. Hətta bir anlıq dayanıb çörək almaq istəyi də gəlib keçiriçimdən. Amma Əhmədin onsuz da məni səhər yeməyinə aparacağını bildiyimdən bufikirdən vaz keçirəm.

Qulağımatanış bir səs gəlir:

- Hocam,günaydın!

Səsəçevrilib baxıram. İsa əfəndidi. Yolun o biri üzünə keçib köhnə dostla-tanışlagörüşürəm, hal-əhval tuturam. Nə vaxt gəldiyimi soruşur.



Burda əlavəedim ki, İsa Əhməd bəyin yaxın arkadaşlarından biridi. O elə muxtarlığın önündəcəaçdığı mağazasında "ikinci əl” əşyalarını satır. Və bir də açar təmiri ilə məşğuldu.Yanında oturub onun işinə diqqət yetirdiyim vaxtlar çox olub. Bu adam civəkimidi, yorulmur, usanmır. Hamıya xoş münasibət bildirməkdən çəkinmir. Onunmüştərilərindən çoxu öyrəncilərdi, xüsusilə ali məktəb tələbələri. Çünkionların bir qismi kirayə qaldıqlarından İsa bəyin satdığı işlənmiş əşyalar –stol, stul, qaz sobası, şkaf, tozsoran, paltaryuyan, televizor, yataq dəsti,servislər və sairəni məmnuniyyətlə ucuz qiymətə satır. Və o da maraqlıdır ki, o,tələbələrə həmişə güzəşt edir.

(Ardı var)

TƏQVİM / ARXİV