adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ONUN 90 YAŞI OLUR - Kəmalə Abıyeva yazır

KAMALƏ ABİYEVA
49673 | 2019-09-30 10:42

Onu çoxdan tanıyıram, 80-ci illərdən. O vaxtlar ”Kommunist” qəzetində Mədəniyyət və ədəbiyyatşöbəsinin rəhbəri idi. Yaşa, vəzifəyə, ada baxmazdı, bəyəndiyi yazıları verərdi.cavanlara daha çox yer ayırardı. O dövrdə "Kommunist” qəzetində çap olunmaqindiki onlarla saytda çıxış etməkdən üstün idi, qonararı da yüksək idi. Özü dəhörmətlə yanaşardı hər kəsə, təmkinli, sadə, yüksək mədəniyyətli, yaraşıqlı, özünəməxsusduruşu, hərəkətləri olan biridi. Bu il 90 yaşı olur.

O, 1929-cuildə indiki Şirvan rayonunun Qarabağlılar kəndində anadan olub. Uşaqlığımüharibə illərinə təsadüf edib. Amma oxumaqdan vaz keçməyib. 8 illik təhsildənsonra Tibb texnukimuna daxil olub. Ədəbiyyat sevgisiylə yaşayıb. Ona görə də ADU- nin filalogiya fakültəsinə daxil olub. 1953 – cü ildə oranı bitirəndən sonra"Azərbaycan gəncləri” qəzetində, sonra C.Cabbarlı adına kinostudiyada redaktorişləyib. Onun ssenariləri əsasında bir sıra sənədli filmlər çəkilib. 1962-1990-cıillərdə "Kommunist”qəzetində Mədəniyyət və ədəbiyyat şöbəsinin rəhbəri olub, 1990-cıildə "Sovet kəndi”qəzetinə baş redaktor təyin edilib. 1991-93-cü illərdə müstəqildövlətimizin ilk qəzeti "Həyat”- indiki "Azərbaycan”qəzetinin, 1994-cü ildən "Bərəkət”qəzetinin baş redaktoru olub. 1996-cı ildə təqaüdə gedib. 1958-ci ildən AYB-ninüzvü,1985-ci ildən Əməkdar incəsənət xadimidir. Bu onun haqqında öyrəndiklərimvə bildiklərimdi. AYB-nin "Azərbaycanın şair və yazıçıları” siyahisində onutapmadım, heç özümü də tapmadım. Yəni ordan heç bir məlumat əldə edə bilmədim.Amma 61 ildir AYB - nin üzvüdü. Bu il 90 yaşı olur. Ssenariləri əsasında bir - neçə sənədli filmin çəkildiyini öyrənəbildim internetdən. Amma bilirdim ki, bir çox pyesləri: "Sarı əlcək”, ”Dağ seli”, ”Qız atası”, ”O mənim oğlumdur”,”Gülməyən adam” və s. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şuşa, eləcə dərespublikamızdan kənarda dram teatrların səhnəsində tamaşaya qoyulub. Sovet dönəmində”Gecikmisən”, ” Gözəllik sorağında”, ”Sən tək deyilsən”, "Gülyanaq”, ”Qartal əfsanəsi”, ”Katib”, ”Dünya gözəlliyindir”, ”Bəy Ünal” vəs. əsərləri 20000 - 50000 tirajla çap olunub. Müstəqillik illərindədə durmadan işləyir, yazır, yaradır: ”Şahlar şahı, ”Cənnətməkan” kimitarixi romanlar, ”Cənnət alması”, ”Qeys və Leyla”, ”Türk oğlu türk”, ”Lənətşeytana” və s. əsərlər məhz bu illərdə yaranıb.”Oliqarx” Milli Dram teatrımızınsəhnəsindədi, Hal - hazırda "Molla Nəsrəddin” tamaşasının məşqləri gedirdi bir vaxtlar.Adam işdən təqaüdə çıxa bilər, amma yazıçı olmaqdan çıxa bilməz. O da çıxabilmir. Amma bu il 90 yaşı olur.

Və O, yazıçı olmaqdan yorulmur, hətta diqqətsizlikdən də, laqeydlikdən də yorulmur.Yeni əsərlər yaradır. Yəni bu gün və ya bir gün laqeydliklə hamımız üzləşirik. Yazılaragörə ən azı yüksək qonarar aldığımız illər tarixdi artıq. İndi üzdə olmaq üçünüzün olmalıdı, üzlü olmalısan. Mədəni olmaq zamanı ötüb.İndi yazıçı, yaradıcıkimi gəzib - tozmaq da, AYB-nin, ya Mədəniyyət nazirliyinin hesabına çap, ya tərcüməolunmaq da, Üzdə olmaq da üzdü olmaqdı bir az da. Onunsa 90 yaşı olur.

O həmişə işləyib, necə deyərlər, yazıb - yaradıb: Yeni tamaşalar, pyeslər, hekayələr,tarixi romanlar. Mən son illərin ”Rəvayət”ini oxudum. Əslində rəvayətlərmaraqlıdı, öyrədicidi, yəni çox mənalar var rəvayətlərdə. O, rəvayətləri özyazıçı süzgəcindən keçirib, onları özünəməxsus şəkildə ərsəyə gətirib. Oxuduqcadüşünürsən, müəyyən həqiqətləri görürsən, anlayırsan, öyrənirsən:

- Ədalət Dövlətin şahıdır.

- Öldürüb peşimanolmaqdansa, bağışla peşiman ol.

- Bina təkcə künc daşlarlatikilmir. Üz daşları da, ara daşları da var. Hələ kişik boşluqları doldurmaqüçün əyri - üyrü xırda daşlar da olmalıdı. yəni tikilən bina onda möhkəm olar ki, hər daş yerində olsun və ya hər yerin öz daşı olsun. Uçubdağılmaz onda.

-Tanrı heç kəsi qocalandakötüyə çevirib üstündə çırpı doğratmasın. Kaş mən odun olaydımocaqlarda yanaydım.

-"Padşahın on min cəlladı ola ölkə qorunmaz. On igid ər oğlu ola ölkə dəqorunar, padşah da.”- nə gözəl deyimdi, nə gözəl həqiqətdi. Və bu rəvayətlərdəo qədər maraqlı fikirlərə rast gəlmək olur ki:

Deyir -bir dəli meydanda mayallaq aşıb pul qazanırmış. Qəfil ayağı qazinin ətəyinətoxunur. Qazi ətəyini çırparaq dəlini danlayır: Dünyanı yaman günə qoyan səninkimi dəlilərdi. Dəli: Dəlinin dərdi özünə bəsdi. Sən dünyanı ağıllılardan qoru qazi.

Deyir: - Süleyman peyğəmbərmüəllimini çox sevərmiş atası Davud öldükdən sonra müəllimini başda oturdarmış.Səbəbini soruşanlara - Allah insanı göydən yerə endirib, müəllim yerdən göyəqaldırır.

DEYİR:Şər allahı Əhrimandan soruşurlar: Divlər, cinlər, əcinnələr üçün niyə evtikmirsən?

- Bədxah,yolunu azanların ürəyi ola - ola evi neynirlər?

Deyirlər,bir gün Bəhram Gur Təlxəyindən soruşur - Mən kiməm?

- Sən əyan- əşrəfin üçün yumşaq yastıqsan. Deyirlər bu sözə görə Bəhram Gur xalqarasında adı bədxahlığa çəkilən məclisiqovur.

Düşünmək üçündü. Hamımız üçündü. Ürəyimiziqorumaq üçündü. Bədxah olmaqdan asan və qorxulu heç nə yoxdu. Ürəyimizixeyirxahlığa, sevgiyə açaq ki, sonra da "Şeytan yoldan çıxardı”, ya "Şeytanauydum” kimi anlamsız bəraət yapmayaq. Yəni Şeytana uymayaq. Elə "Lənətşeytana”pyesində də bundan bəhs edir yazıçı. Pyesin əvvəlində Şeytan bağbanTapdığın qurduğu tələyə düşür. Ahıl bir kişi simasında yaratdığı Şeytan köməkistəyir insandan. Tapdıq "Lənət şeytana” deyib, Şeytanı yamanlaya - yamanlayaAhılı - əslində Şeytanı zəncirdənqurtarır. Yəni insan istəsə, şeytanı da tələyə salar, istəsə azadlıq da verər. "Azadlığımızda, zəncirimiz də öz əlimizdədi” deyir yazıçımız. Mən onun aydın dilindən, həqiqəti rahatca çatdırmasından,əsərlərini oxuyarkən oxucuda özünü qəhrəmanlardan biri kimi hiss etmək duyğusuyaratmağından, yazıçı məharətindən danışmaq istəmirəm. Bunu istənilən oxucu, sözadamıbilir.

90 yaşı olur. Və bu ömrü o, sözə həsr edib, oxucularıüçün yaşayıb. Bir vaxtlar əsərləri 30, 40, 50 000 tirajla çap olunanyazıçımızın son illərdə cap olan kitabları azdı. Amma yazıçı kimi, vətəndaşkimi, insan kimi bizə demək istədikləri çoxdu. Bizimsə onun sözünə-yazıçı sözünəehtiyacımız var. Çünki O, həmiişə bizim yazıçımızdı. O - ƏFQAN ƏSGƏROV. Və sentyabrın23 - ündə ƏFQAN müəllimin 90 yaşı olur. Onu onu sevənlər, unutmayanlar adındantəbrik etmək istədim . Çox istədim, lap çox.

P.S.Yazıçının 90 illikyubileyi 30 sentyabr, saat 14-də AYB-nin Natəvan klubunda keçiriləcək. Sözsevərlərhamısı dəvətlidir.


TƏQVİM / ARXİV