adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Sentyabr 2019 12:41
12635
HADİSƏ
A- A+

Masallıda bir ailə ağır qəzaya düşdü: 4 yaşlı uşaq öldü

Masallı rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, rayonun Köhnə Alvadı kəndində kənd sakini Əliyev Müzəffər Əli oğlu idarə etdiyi "Volvo" markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Zeynalov Vilayət Bəşir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, həyat yoldaşı Zeynalova Bənövşə Aydın qızı, övladları Zeynalov Sahil Vilayət oğlu və Zeynalova Tamara Vilayət qızı xəstəxanaya yerləşdirilib.

2015-ci il təvəllüdlü Zeynalov Sahil Vilayət oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.