adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Sentyabr 2019 09:50
30968
DÜNYA
A- A+

Rusiyada dəhşət - sosial şəbəkədə yazdığı statusa görə qadını zorlayıb öldürdülər

Rusiyada dəhşət - sosial şəbəkədə yazdığı statusa görə qadını zorlayıb öldürdülər

Tula vilayətində yaşayan iki nəfər kişi 26 yaşlı qadının zorlanaraq qətlə yetirilməsində şübhəli şəxs kimi saxlanılıblar.

"MK.ru” xəbər verir ki, qadının sosial şəbəkədə yazdığı status onların qəzəbinə səbəb olub.

Qadın sevgilisi və onun dostu ilə birlikdə Xotuş kəndi yaxınlığında spirtli içki qəbul edib. Onun sosial şəbəkədə yazdığı "Siçan, dinlə. Dalınca qaçacam? Özgüvəni azalt” statusu sevgilisinin xoşuna gəlməyib.

İstintaqın məlumatına əsasən, kişi sərxoş halda sevgilisini döyüb, sonra isə zorlayıb. Onun dostu da qadını zorlayıb.

Bədbəxt qadın aldığı zədələrdən dünyasını dəyişib. Qatillər meyiti meşə massivində basdırıblar.

Qohumları qadının itkin düşdüyü barədə məlumat verdikdən sonra polis axtarışlara başlayıb. Faciəvi insidentin baş verdiyi gün meyit tapılıb. Şübhəli şəxsləri isə qadının sosial şəbəkədə yazdığı statusun köməyi ilə aşkar ediblər. Hazırda cinayət işi qaldırılıb, araşdırma aparılır.(oxu.az)