adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Avqust 2019 10:41
22682
ŞOU-BİZNES
A- A+

Bir-biri ilə qohum olan məşhurlarımız kimdir? - Siyahı

Yerli məşhurlarımız bəzən qohumluq münasibətlərini tamaşaçıdan gizli saxlamağa çalışırlar. Bəziləri isə tam əksinə bunu efirdə dəfələrlə dilə gətirib.

Adalet.az azxeber.com-a istinadən qohum olan bəzi məşhurların siyahısını təqdim edir:

Müğənni Rüfət Axundov ilə aktyor Nicat Rəhimovla xala oğludular.

Xalq artisti Mələykə Əsədova şəxsi həyatını gizli saxlayan məşhurlardandır. Belə ki, xalq artisti müğənni Zahidə Günəşlə xalaqızıdır.

Müğənnilər Elnarə Xəlilova və Mina Hüseynin xalaqızı olması hər kəsə bəllidir. Onlar hətta illər öncə duet də ifa ediblər. Hazırda aralarında soyuq küləklər əsir.

Əməkdar artist Dilarə Əliyevanın qardaşı teleaparıcı Vüsal Murtuzayevdir. Hətta onlar ikisi də eyni prodakşında çalışırlar.

Müğənni İzzət Bağırov gənc xanəndə Almaxanım Əhmədlinin dayısıdır.

Reper Ramil Nabranın əmisi oğlu "Xəzər TV"də teleaparıcı olan Ağakərimdir.

Teleaparıcı Turan İbrahimovun bibisi oğlu aparıcı Murad Əzimzadədir. Eyni zamanda Turanın qardaşı Ramin İbrahimov da bir müddət teleaparıcı kimi çalışıb.