adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Qadına əl qaldıran kişi potensial qatildir - Eminquey yazır

EMİNQUEY AKİF
69659 | 2019-08-26 15:40

Nadir Qafarzadə birqələt eləyib deyib ki, "yaxşı arvadın başını kəsməzlər”. Mən razı. Və heçNadirin başı üçün də deyil ki, dediklərini öz yoldaşına tətbiq etsin. Ən azıteatrı bağlatdırıb yoldaşına konsert verən adamdır. Ki, bu gün onu yıxıb-sürüyənadamlar həmin vaxtlar da lağ-lağaya qoymuşdular. Bəs, Nadir arvadından qorxur,Nadir arvadının önündə əyilib mahnı oxuyur. O necə kişidir və sairə və ilaxır.Ona görə də mənə cəmiyyətin təpkisi maraqlı deyil. Cəmiyyətin belə şeylərdəadekvat davranmadığını, ingilis bayrağı kimi ora da əsdiyini, bura da əsdiyinigözəl bilirəm.

Burada bir maraqlı məqamvar. Mən əminəm ki, Nadir o fikri deyəndə düşünməyib. Sadəcə olaraq, "əsl Azərbaycankişisi” damarına salıb deyib. Guya əsl Azərbaycan kişisi belə olmur?

Bir az səmim olaq, bəylərvə xanımlar. Siz də yaxşı bilirsiniz ki, həmişə ailədə kişi hegemonluğu, kişiyumruğu təbliğ olunub. Həmişə bizə belə bir yalanı həqiqət kimi soxuşdurublar.Ki, arvad kişidən qorxmalıdır. Arvad kişinin köləsidir. Kölə də belə olur da.İstədiyin vaxt nə istəyirsən elə. Yat, ayaqlarını yudurt, qışqır, lap başını dakəs.

Əgər qadına olanşiddətə qarşısınızsa, bir şeyi mütləq edin. Youtube-da meyxanalara qulaq asın. "Onə evdü, vəziyyətə arvad baxır” kimi bir qafiyənin içində siz dediklərinizdolayısı yolla camaata ötürülür. Şəxsən mən neçə vaxtdır bununla məşğulam. Və mənəbir şey agah oldu. Qadına qarşı bu cür aqressiya bizim kimi cəmiyyətlərdə ənümdə amaldır, məqsəddir.

Qadına əl qaldırankişi potensial qatildir, qadası.

Ərindən boşana bilməyənqadın potensial xəyanətkardır, başına dönüm.

Bizim qadının kişiyə,kişinin qadına xəyanətinə lətifə halında gülən millətik. Xəbərin içində olanbir adam kimi gündə neçə-neçə belə xəbərlər oxuyuram. Qohumda, qonşuda nə qədərbelə hadisələr baş verir.

Məsələn, dəfələrlərast gəlmişəm ki, qadın ərinə onunla yaşaya bilmədiyini, boşanmaq istədiyinideyir, amma kişi boşanmır. Qadın həm ailəsinin onu qəbul etməyəcəyini bilir, həmdə bilir ki, əgər boşansa tək yaşamağa nə evi var, nə də özünü saxlayasıdurumu. Bunun üstünə cəmiyyətin "boşanmış qadın” damğası gəldimi, vəssalam,qadın boşanmaqdan vaz keçir.

Bu durumda qadının xəyanətəəl atması əksər hallarda qaçılmazdır. Və şəxsən mən belə qadınları xəyanətdəqınamıram. Bir qadını ki, 18 yaşında ərə verirlər və o 25 yaşında ayılır ki, buadam onun ömür sürə biləcəyi adam deyil, o qadına necə haqq qazandırmaya bilərsən?Ömür boyu kölə kimi, özü öz ayaqları üstündə dura bilməyən bir qadın yetişdirənanaların, ataların bu gün tökdüyü göz yaşları faydasızdır. Qızına "boşanıbüstümüzə qayıtma” deyən atanın, ananın sabahsı qızının kəsilən başını qucaqlayıbağlaması mənə səmimi gəlmir.

Bu gün oğlunun lüt gəzməsiləfəxr edən atadan nə gözləmək olar? Hə, oğlan uşağıdır, ona hər şey olar. Qoymillət görsün ki, oğlunun filan şeyi var. Qoy oğlan uşağıdır, nə istəyir eləsin.Niyə?

Bunu Nadir deməsin,kim deyir desin, "əsl Azərbaycan kişisi” lazım gəldikdə, qadın başı kəsməyi dəbacarmalıdır. "Əsl Azərbaycan qadını” lazım gəlsə, özü başını ərinə kəsilməkçünhəvalə etməlidir.

Hə, təəssüf ki həqiqətacı olur…

Qızlarınızaoğullarınız kimi öz ayaqları üstündə durmağı öyrədin. Əl çəkin boşanmış qadınlarayuxarıdan aşağı baxmaqdan. Əl çəkin qadınları köləniz kimi görməkdən. Əl çəkin "əslAzərbaycan kişisi” adı ilə manqurtlar yetişdirməkdən.

TƏQVİM / ARXİV