adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Təhlükəli "skrinxet"lər dəstəsi - Eminquey yazır

EMİNQUEY AKİF
53089 | 2019-08-07 12:29

Qohum-əqrəba,dost-tanış yığıncağına bənzəyən status altı müzakirələr.

Gündəlik həyatımızdabeş-on nəfər bir yerı yığılırıq. Bir mövu atılır ortaya. Hərə bir fikir deyir,özü də bir-birilərinə qulaq asmadan. Və bu ağız deyəni qulaq eşitməyən səs-küydəhəmişə bir-birini dinləyə-dinləyə fikirlərini söyləyən, bir-birini eşitmətikdəsəslərini ucaldan iki adam olur. Sonra o biri adamlar bu iki adama urcaholurlar. Bu iki binəvanın söhbəti də yarımçıq qalır.

Eyni vəziyyətsosial şəbəkədə də mövcuddur. Status, altında xeyli rəy və bir rəyin cavabyerində iki nəfərin fikir mübadiləsi. O buna söz vurur, bu ona söz vurur.

Bu qarmaşalıqdanöz marağı üçün istifadə edənlərə "skrinxet”lər deyirəm. Onlar natamamlıqkompleksi yaşayan əbləhlərdirlər. 

Guya ki nirvanaya çatmışlar, hamıdanpakdırlar, bakirəlik mücəssəməsidirlər, tərbiyə etalonudurlar. 

Guya ki hamıbunların dərdindən ölür və gecə-gündüz yalvarır ki, qurbanın olum, ölürəm səndənötrü. Bu bədnam "skrinxet”lər əksərən şairləri, yazıçıları hədəfə alırlar. 

Onagörə ki, bunca adamın içində yalnız söz adamları sözdən silah kimi istifadəedir, yalnız söz adamları mərhəmətlidir, yalnız söz adamları məsələni qol gücünə,təhqir gücünə yox, vicdan gücünə həll edir.

Hə, nə varki yazarlarla sataşmağa?

Yığılın,şairləri, yazıçıları külli-aləmə biabır edin.

Amma bilinki, bu söz adamlarının içində mütləq bir dəlisi çıxacaq və sizinlə öz dilinizdədanışacaq. 

Onda klaviaturanız qalacaq qapı arasında. 

Başlayacaqsınız hay-şüvənqoparmağa ki, bəs qoymayın, filan şair məni hədələyir, təhqir edir. 

Bəsqoymayın, haqqım tapdanır. 

Gedib polisə şikayət edəcəksiniz, hansısa böyüyübilinməyən saytlara müsahibə verəcəksiniz.

Guyammış sizsüddən çıxan ağ qaşıqsınız, bu məmləkətin yazarları da süddən çıxan qara tük.

Bu "skrinxet”lərinpsixologiyasını, məramını, məqsədini "Qız qalası” kimi dəqiq tanıyıram. Onlarsadəcə öz natamamlıqlarını başqalarını rüsvay etməklə tamamlaya bilirlər. Dəqiqbilirəm ki, bu adamların niyyəti özlərini qorumaq deyil.

Bəs yaxşı,bu adamların yazarlardan zəhləsi gedirsə, onlara qarşı bu qədər aqressivdirlərsə,niyə onları sosial şəbəkədə dostluqdan uzaqlaşdıranda coşub-daşırlar?

Məsələn, mənkimi dostluqdan çıxarıram, gedib status yazır. Ki, pəs çox da gözüm artırdı dostluğunda olmaqdan.Başınıza dönüm, maraqlı deyilsə, nöş yanıb tökülürsünüz? Yeri gəlmişkən, küləkdi,elə bilin külək idim, əsib keçdim. Yoxsa yıxdığım ağacların altında əzilməkdənqorxursunuz? Mən xətrini istədiyim adamlardan inciyərəm, bir dəfə dostluqdansilərəm, sonra dostlaşarıq, iki dəfə, amma üçüncüdə geri dönüşü yoxdu. Bəli, əziz"skrinxet”lər, mənim eqom 9-cu mərtəbədədi, lift də işləmir, lazımdısa piyadaçıxın, lazım deyilsə, blokda durub siqaretinizi çəkin, tumunuzu çırtlayıb qeybətinizieləyin də.

Adətən belə adamlarınqaranlıq bir keçmişi olur. Onları vaxtilə dost-tanış içində yaxşıcaaşağılayıblar, əziblər, məsxərəyə qoyublar, saymayıblar. Hara gediblərsə hörmətqazana bilməyiblər. Ona görə də bu binəvalar, Adəmülzadlar başqalarını rüsvayetməklə özlərinə hörmət qazanmaq yoluna əl atıblar.

Sosial şəbəkə dəmünbit şəraitdir axı. Kimdir sənin keçmişini bilən? Uzağı beş-on adam. Onlar da"mənə dəyməyən ilan dünyanın ən mərhəmətli varlığıdır” prinsipilə yaşayanadamlardır. Quyruqlarını tapdamasan səslərini çıxarmazlar. Ya da abırlarınasığınarlar.

Əziz olmayan "skrinxet”lər,sizi narahat edən var? Gedin, birbaşa polisə müraciət edin. Əgər şəxsinizdənnarahatsınızsa, bunu edin. Gücünüz çatırsa, həmin adamı tapın, söhbətləşin, həlledin. Amma bu cür şou sərgiləməyin.

Özünüzü bacarıqsızhiss edirsiniz, nailiyyətlərinizlə kifayətlənə bilmirmirsiniz və bundan kədərlənirsiniz.Natamamlıq kompleksi sizdə özünü paxıllıq hissi kimi biruzə verir. Həyatsaşablon da olsa bu teoremlər üstündə ədalətli olur:

- Başqasının bədbəxtliyiüzərində xoşbəxtlik qurulmaz. Sənin azadlığının başqasının azadlığınıpozmamalıdır.

Siz potensial qatilsiniz. 

İctimai müstəvidə rüsvay etməkdən həzz aldığınız adamların içində iradəsi zəif, ya da həddindən artıq həssas adamlar da ola bilər. Və onlar buna dözməyib intihar edə bilərlər. Ya da ürəkləri partlayıb ölərlər. Ki, bu da bizə tanış mənzərədir. Məncə, sadalamağa ehtiyac yoxdur. 

TƏQVİM / ARXİV