adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2019 17:21
19981
İDMAN
A- A+

Gerye “Neftçi” ilə müqavilə bağlayır

"Qarabağ”dan ayrılan Donald Gerye karyerasını "Neftçi”də davam etdirəcək. Haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib.

Tərəflər bütün şərtlərdə razılığa gəliblər və 2 illik müqaviləyə qol çəkəcəklər. "Neftçi” yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək.

Gerye 2017-ci ilin yayında Türkiyənin "Alanyaspor” klubundan "Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi (Futbolpress).