Türkiyə millisində işləyirdi, “Qarabağ”a gəldi
Türkiyəli fizioterapevt Murat Şahinoğlu yenidən "Qarabağ”a qayıdıb.
Qol.az saytının əldə etdiyi xəbərə görə, təcrübəli mütəxəssis Ağdam klubunda fəaliyyətini bərpa edib.
Qeyd edək ki, M.Şahinoğlu uzun illər "Qarabağ”da çalışdıqdan sonra vətəni Türkiyəyə qayıtmışdı. Bundan sonra o, Türkiyə A millisi, "Beşiktaş”da işləyib. "Qarabağ”a qayıdanadək ölkəsinin U-19 millisində fizioterapevt idi.
Digər Xəbərlər
18 Aprel 2024 18:45