adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Avqust 2019 12:03
49087
TEXNOLOGİYA
A- A+

"İnstaqram"ın işində problemlər yaranıb

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib.

Məlumata əsasən, problemlər səhər saat 06:17-dən müşahidə edilir. Sosial şəbəkənin işindən daha çox ABŞ, Braziliya, Niderland, Fransa, Almaniya, Meksika, Polşa, Böyük Britaniya, Serbiya, Çili, Yaponiya və Malayziyada yaşayan istifadəçilər şikayətləniblər.

İstifadəçilərin təxminən 50 faizi xəbər lentinin yenilənməsində, 29 faizi öz hesablarına daxil ola bilmədiklərini, 20 faizi isə "Stories"lərdə problemlərin olduqlarını bildiriblər.