adalet.az header logo
  • Bakı 13°C
01 Avqust 2019 18:23
117175
AVTOMABİL
A- A+

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Adalet.az-ın məlumatına görə, agentlik bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.