adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Avqust 2019 17:48
21287
İDMAN
A- A+

"Qarabağ" yenidən "Tofiq Bəhramov"da

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə cavab oyununun stadionu və başlama saatı açıqlanıb.

Adalet.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ikinci matç avqustun 13-ü yerli vaxtla saat 20:30-da başlayacaq.

Xatırladaq ki, Ağdam təmsilçisinin Kipr klubu ilə ilk görüşünə isə avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, "Qarabağ" 2019/2020 mövsümündə ÇL-də bundan əvvəlki ev oyunlarını "Dalğa Arena"da keçirib. Buna 21-27 iyul tarixləri arasında olan Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsi səbəb olub. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşib.