adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Anası ölmüş Avropa - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
77500 | 2019-08-04 10:25

Türkiyəmüxalifəti ölkəyə sığınmış 3,5 milyon Suriyalı qaçqının geri göndərilməsini tələbedir. Yeni söhbət deyil, CHP və İyi partiya yetkililəri bu məsələni hər fürsətdəqaldırırlar. Hərçənd, özləri də yaxşı bilirlər ki, indiki durumda belə biraddımın atılması nəinki siyasi gerçəkliyə uyğun deyil, üstəlik, humanizmprinsipləri baxımından da yolverilməzdir.

Avropa Birliyi Türkiyənin halına yandığından yox,daha çox öz dərdindən qaçqınlarla bağlı Türkiyəyə böyük məbləğdə maddi yardımgöstərir. Çünki indiki durumda Türkiyə həmin qaçqınların Avropaya doluşmasınınqarşısını kəsən yeganə "sərhəd hasarı”dır – son illər dəbəminmiş ifadəylə desək. Ancaq maddi təzminatın miqdarından asılı olmayaraq milyonlarlaqaçqın kütləsi hətta ən inkişaf etmiş bir ölkə üçün də çox ağır yükdür.

Məsələxeyli ciddi şəkil aldığı üçün Suriya Türkmən Cəbhəsinin lideri Abdulkərim Ağa həminpartiyaları hədəfə götürən bəyanatla çıxıb edib və bildirib ki, sizin Suriyalıqaçqınlar adlandırdıqlarınızın tən yarısı türkmən əsilli Suriyalılardır. Abdulkərimağa daha sonra deyib ki, Hələb və Şammin illik türk şəhərləridir və Osmanlı dövlətinin qurucusu Osman bəyin atası (yəqin,babası demək istəyib –red.) vaxtilə Anadoluya məhz Suriyadan keçmişdi. CHP vəİyi partiya təmsilçilərinin məsələyə münasibətini "faşizan yanaşma” adlandırantürkmən lider deyib: "Onsuz da Suriyada müharibə qurtaranda bir nəfər də olsunSuriyalını burda saxlaya bilməzsiniz. Hamısı geri dönər”.

Problemdə elə bunda, müharibənin üfüqlərdə işartısı da görünməyən sonunun nə vaxtçatacağındadır. Çünki kövrək demokratik sabitliyin əldə olunduğu Tunisi və birneçə il çəkən dava-mərəkənin diktator dəyişikliyi ilə sonuclandığı Misiriçıxmaq şərtilə tarixə "Ərəb baharı” kimi romantik bir adla düşmüş siyasi prosesindigər subyektlərinin heç olmasa nisbi dinclik dövrünə nə vaxt qədəm qoyacaqlarıheç Allahın özünə də məlum deyil.

Həmin ərəbölkələrindən fəqrli olaraq Suriya qovğasının bu qədər uzanmasının çox sayda xaricivə daxili səbəbləri var. Xarici səbəblər əsasən ondan qaynaqlanır ki, bu ölkəniözününkü sayan çox "dostu” var və bu "dostlar” onu gözündən uzağa buraxmaq istəmir.ABŞ-ın məqsədi artıq çoxdan "özəlləşdərdiyi” ərəb dünyasısını "yad ünsürlərdən”birdəfəlik təmizləməkdir. Rusiya üçünsə o, kommunizmin yadigarı kimi əziz vəvazkeçilməzdir. Özünü bütün dünya şiələrinin hamisi və qəyyumu sayan İran "əzabkeşşiə qardaşlarının” taleyindən narahatdır. Baxmayaraq ki, ölkə əslində, süni ölkəsidirvə yenə də baxmayaraq ki, vaxtilə İran üləmaları suriyalı ələvi və druzları nəinkişiəlikdən uzaq, ümumiyyətlə, islamdan çıxmış bir qövm elan eləmişdilər. İsrailvə Türkiyə öz milli təhlükəsizliyindən əndişəlidir. Hərçənd, R. T. Ərdoğanın ürəyində"keçmiş Osmanlı yurdu” – deyə bir nostalji də olmamış olmaz.

Daxili səbəblərəgəlincə, kürdlər fürsətdən yararlanmaq, sünnilər vaxtilə karikatür kommunistHafiz Əsədin öldürdüyü yüz minlərləgünahsız həmməzhəblərinin intiqamını almaq, şiələrsə həmin intiqamdan yayınmaqnaminə bu davanı ölüm-dirim savaşına çeviriblər.

Bütündiktatorlar kimi Bəşər Əsəd üçün də başında durduğu ölkə Vətən kimi yox,hakimiyyət obyekti kimi əzizdir. Bu gün yuxarıdakı güclərdən hansı onun buehtirasını təmin eləmək gücündə olsa, tərəddüd etmədən onun çətiri altına girməyəhazırdır. İstər bu çətirin rəngi qırmızı olsun, istər yaşıl, istərsə də çəhrayı– ondan ötrü fərq etməz. Atasının oğludur, axı.

Bir sözlə,sonu gürünməyən bir qovğa.

Suriyaböhranı fonunda yaranmış ən maraqlı kombinasiya Rusiya-Türkiyə-İran formatı çərçivəsindəbaş verən gəlişmələr oldu. Əlbəttə, təəccüblənməyin yeri yoxdur, çünki siyasətta əzəldən sürprizlərlə dolu bir peşə olub.

Tərəflərinbir-birindən kəskin şəkildə fərqlənən maraqları səbəbindən çoxları üçün gözlənilməzolan bu format Suriya məsələsinin tam həlli kimi bir missiyanın öhdəsindən gələbilməzdi. Heç onlar da qarşılarına belə bir məqsəd qoymamışdılar. Məqsəd, sadəcəolaraq, hər üç tərəfin ortaq maraqlarına cavab verən məqamların, əsasən cari məqamlarıntapılması və razılaşdırılmasından ibarət idi. Bu hər üçünə sərf edirdi, çünki heçbiri situasiyanın mütləq sahibi deyildi. Elə Suriya böhranın bir özəlliyi dəodur ki, burda mütləq söz sahibi olan konkret güc mərkəzi yoxdur.

Tarixin,demək olar ki, bütün dönəmlərində bu üç ölkənin, xüsusilə Rusiya ilə Türkiyəninbir-birləriylə bitmək bilməyən düşmənçiliyisə həmin formatın başqa bir özəlliyidir.Doğrudur, vaxtilə ümumi strateji maraqlar qısa zaman kəsiyində Atatürklə Leninidə müttəfiqə çevirmişdi. Ancaq indi ortada belə ümumi strateji maraqlar yoxdur.

Əslində,Rusiya ilə Türkiyənin yaxın bir strateji müttəfiqə çevrilməsi günümüzün çoxmaraqlı siyasi düzəni olardı. Bu ölkələri düşməndən dosta çevirəsi xeyli ortaqməqamlar var ki, onlardan da ən mühümü təxminən bərabər sosial-iqtisadi inkişafsəviyyəsidir. Üstəlik, yaxın qonşuluq. Avropanın XX əsrin ikinci yarısındansonra əldə etdiyi təcrübə göstərdi ki, yaxın qonşularla da dost olmaqmümkündür.

Bubaxımdan Ərdoğanın Rusiyaya yönəlik jestləri xeyli cazibədar görünə bilər. AmmaRusiyaya etibarlı bir müttəfiq kimi bel bağlamaq çox riskli seçimdir. Putinin bugünkü Türkiyəsevgisinin kökündə təkcə əməkdaşlıq sferasını genişləndirmək maraqlarıdayanmır, Türkiyə onu daha çox bir NATO üzvü kimi iştahlandırır. Keçmiş Sovetmüttəfiqləri topa-topa NATO-ya qoşulduqları bir vaxtda qurumun "stajlı”, həm dəŞərq cinahının əsas fiquru olan bir ölkəsini öz ağuşuna almaq böyük uduşolardı. Bu hipotetik versiya gerçəkləşsə, yəni Türkiyə NATO-dan uzaqlaşsa işinsonrası Türkiyə üçün çox qəliz olar. Çünki Şimal qonşusu daha onunla bərabər tərəfkimi yox, Rusiyanın öz "müttəfiqləriylə”çoxəsrlik davranış ənənələrinə uyğun olaraq diqtəylə danışmağa başlayacaq.

Bu günTürkiyə-Şimali Atlantika bloku münasibətləri çox da hamar deyil. Müttəfiqləri hərfürsətdə bu üzvülüyü Türkiyənin başına qaxınc eləməkdən, onu ordan uzaqlaşdırmaqlahədələməkdən yorulmurlar. Ancaq Türkiyənin NATO üzvülüyünün Qərbə Ankaranın özündəndaha çox lazım olduğunu nəzərə alsaq, bu cür demarşlar adamda, sadəcə, xox gəlməktəəssüratı oyadır.

Son illərhər tərəfdən təklənmiş Putin üçün Türkiyə bir nəfəslik rolunu oynayır. Bu oyunda onun ən böyük kozırı gün-gündən çökəniqtisadiyyatının fonunda silah bazarındakı mövqeyini qoruyub saxlaya bilməsidir.Silah biznesininsə bir özəlliyi də odur ki, orda həmişə siyasi maraqlar itisadi maraqların önündədayanır. Belə bir məqamda S-400 kimi müasir bir silah kompleksinin bir NATOüzvünə sata bilməsi Putinin şəksiz uğurudur. Bir daha təkrar edək ki, TürkiyəninNATO üzvü olması onun Putin üçün dəyərini birə beş qaldırır. Çünki bu cür sıx əməkdaşlıqdolayısıyla NATO-ya meydan oxumaqdır. Sabah, Allah eləməmiş, Türkiyə NATO-dançıxsa onun Putin üçün dəyəri də xeyli azalacaq.

Belə mürəkkəbşəraitdə Ərdoğanın çox riskli gedişləri xeyli suallar yaradır. Ümumiyyətlə, acığadüşüb addım atmaq onun siyasi portretinin əsas cizgilərindən biridir. Bunun birsübutu da elə həmin S-400-lə bağlı gəlişmələr oldu. Sövdələşmələrin ilkinçağında, çox güman ki, onun özü də həmin kompleksin nə vaxtsa Türkiyə ərazisinəgətiriləcəyinə inanmırdı. Amma getdikcə proses inkişaf etdi, fasiləsiz sözatışmasıyla dərinləşdi və qarşısıalınmaz mərhələyə qədəm qoydu. Bir sözlə, cinşüşədən çıxdı. Düzdür, söz davasında Ərdoğan mahir siyasətçidir, amma siyasətçilərinöz sözlərini tutmamaq kimi bir lüks də var, yəni, deyilən sözü ustalıqla danmağıbacarmaq da natiqlik sənətinin predmetidir.

İnsafən,Tramp da etiraf elədi ki, bu məsələdə Türkiyəyə "Patriot”lar satmaqdan imtinaeləyən əvvəlki ABŞ adminstrasiyası günahkardır. Amma Ərdoğanın özünün dəsevinclə qarşıladığı bu etiraf hələ ki, heç nəyi dəyişməyib. Nəticədə kuryezbir vəziyyət yaranıb. Milyardlarla dəyəri olan raket kompleksi Türkiyəyə gətirilsədə anbarlara yığılaraq qapısından yekə bir kilid asılıb. Onun nə vaxtsa işlək vəziyyətəgətiriləcəyi çox ciddi sual altındadır. Hələ bir müddət əvvəl bu raketlərinbaşqa ölkələrdə quraşdırılacağı barədə mətbuatda daha fantastik versiyalar səslənirdi.Yaxşı alver olardı.

Üstəlik,F-35 qırıcı təyyarələriylə bağlı başqa milyardlıq bir müqavilə də ABŞ-da ilişib qaldı. Daha buna nəinki Türkiyə,yalan olmasın, heç Səudiyyə Ərəbistanı da tab gətirməzdi.

Bu dasözə aşırı aludə olan müdrik siyasətçinin yüz ölçüb bir biçmədən atdığı addımlarınsonu.

Ərdoğan konkretideologiyaya bağlı bir siyasətyçi olduğu üçün bəzən siyasi tənliklərin həllindəkobud səhvlər buraxır. Onun ideoloji ritorikası öz bakirələyini çoxdan itirsə də,bu cür ritorikaya həddən ziyadə aludə olan daxili ictimai rəyi əlində saxlamaqüçün daha arsenalında bundan təsirli başqa bir resurs da qalmayıb.

İndi buitkilərin yerli istehsal olan hərbi helikopterlər vasitəsi ilə doldurulacağıylabağlı ortaya atılan iddialar da yumşaq desək, gülüş doğurur. Çünki Türkiyənin helikoptersənayesi bizim hər şeyi xaricdən gətirilib quraşdırılan avtomobil sənayesi kimibir şeydir. Bir ölkə ki, mühərrik istehsal edə bilmir, o ölkədə aviasiya və yaavtomobil sənayesinin mövcudluğundan danışmaq... nə bilim nədir.

P.S. Suriyalı qaçqınların yerlli əhali arasında ənçox qıcıq doğuran cəhətlərindən biri onların davranışlarıdır. Türk toplumuyarısı etnik, hamısı din qardaşları olan, özləriylə təxminən eyni mentalitetə,eyni sosial-mədəni yaşayış ukladına malik bir icmanın davranışlarını sinirəbilmir. Anası ölsün Avropanın.



TƏQVİM / ARXİV