adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Mehman CAVADOĞLU: Sovetin vaxtı – 2

MEHMAN CAVADOĞLU
70681 | 2019-07-22 09:21

Təxminəniyirmi ilin, bəlkə bir az da əvvəlin söhbəti olar. Yerininiz məlum, evimizin yanındakı bir kafedə dostlarlabaş-başa vermişdik. Yəqin, bilənlər bilir ki, belə məclislərin şıdırğı yerində ən adi və mənasız –bəzən elə mənalı, dəxli yoxdur – sözün üstündəuzun-uzadı müzakirələr, mübahisələr, söz-söhbətlər, mərcləşmələr (dava-şavadanuzaq) adi haldır. Hamının ovqatının xoş yerində söz hərlənib- fırlanıb xaşın,yoxsa kəllə-paçanın daha ləzzətli olmasının, lap açığı hansının araqla dahayaxşı getməsinin üstünə çıxdı. İnsanların fikirləri və zövqləri kimiağızlarının dadı da fərqli olduğundan ortaq məxrəcə gəlmək çox çətinləşdi, necədeyərlər, proses dalana dirəndi. Bu vaxt dostlardan biri dedi ki, onun ,ümumiyyətlə, nə xaşdan, nə də kəllə-paçadan xoşu gəlir, çünki hər dəfə qəssabxanalarınvitrinində ağzı ayrıq dana və ya qoyun başlarını, xüsusilə onların ağaran dişlərinigörəndə əti çimkişir. Bu sözlər kəllə-paça azarkeşi olan başqa bir dostumuzüçün göydəndüşmə arqument oldu və dedi ki, qoyunun alt çənəsində diş olmadığıüçün, yəqin ki, qoyun başı görəndə ətin daha az çimkişir. Bundan sonra xaş və kəllə-paçayaddan çıxdı, mübahisənin yönü dəyişərək elmi-zooloji müstəviyə keçdi. Biridedi, elə şey olmaz, başqası dedi yəqin qocalıb əldən düşdüyünə görə dişitökülmüş qoyun görmüsən və s. və i.a. bu qəbildən olan hay-küy başladı və məsələiki yerə bölünmüş məclis əhli arasında elə yaxşı bir quzu qonaqlığından mərcləyekunlaşdı. Sonra kimin haqlı olduğunu öyrənmək üçün avtoritet axtarışlarıbaşladı. Birdən kimsə dedi ki, əşi uzağa niyə gedirsiz, elə Yavərdən soruşaq, gözünüaçandan kafe işlədir, ətlə oynayan adamdır, o bilər. Kafeçi gəlib qoyunun alt çənəsindədişin olub-olmaması barədə sualı dinləyəndən sonra gözünü məchul bir nöqtəyəzilləyib bir xeyli pauza verdi və sifətinə qonmuş məsum ifadənin işığında hannan-hanatam ciddi şəkildə dilləndi: "Vallah, Sovetin vaxtında var idi, indi deyə bilmərəm”.

Yavərbizim döstumuz idi, stajlı kafeçiydi. Sovetin dönəmində də, sovet dağılandansonra da gah rayonda, gah şəhərdə kafe işlətməklə məşğul olub. Həmişə balacaobyektlərdə işləyib, qazancı elə dolanışığını ancaq görüb. Yəni, Sovet vaxtı da,ondan sonra da günü-güzəranı aşağı-yuxarı eyni olub. Di gəl, nədən beş kəlməsöhbət eləsən sözünün başında da, ayağında da nostalji bir ovqatla Sovetinvaxtına ricət eləmək şakərindən heç cür əl çəkmir, yaxud çəkə bilmirdi – dahaburasını dəqiq bilmirdim. Açığı, heç özü də bilmirdi.

O vaxtYavər kimilər tək deyildi. Ancaq onun kimi səbəbli, ya səbəbsiz, dəxli yoxdur,Sovet nostaljisiylə yaşayan çox sayda adam olsa da, indiki qədər həddini aşanbir Sovet idilliyası mövcud deyildi. Özü də qəribədir ki, bu gün belə bir yanlışovqat təkcə yaşlılar, yəni o dövrü öz gözləriylə görənlər yox, həm də həmindövrü ya dumanlı şəkildə xatırlayanlar, ya da heç yerli-dibli görməyənlər arasındahökm sürməkdədir.

Yaşlı nəslipsixoloji olaraq başa düşmək asandır. Onların keçmişə yönəlik baxışları istənilənhalda gənclik və cavanlıq çağlarıyla assosasiya olunur deyə hər cürağrı-acıları unutmağa, pisi atıb yaxşını tutmağa, hər xırda detala min cür al-əlvandon biçməyə meyilli olurlar. İllər ötdükcə keçmişin ən sönük səhifələrini şirinxatirəyə, ən ağır məhrumiyyətlərini az qala qəhrəmanlıq dastanına çevirmək, nəvaxtsa düşdüyü mürəkkəb və çətin situasiyalardan məharətlə çıxmaq bacarığıylaöyünmək insan romantikasının əsas cizgisi, primitiv özəlliyidir. Hətta bombozbir ömür yaşamış adam da öz həyatını bir balaca qurdalayanda bu sayaq ən azıbir və ya bir neçə uğurlu məqam taparaq onu bəzəyib-düzəmək imkanına malikdir. Bəzənbekarçılıqdan, bəzən öz personasına vurğunluqdan, bəzən də nədənsə təskinliktapmaqdan ötrü nəql edilən bu cür şişirdilmiş xatirələr isə ara yerdə cavanlarıntəsəvvüründə zərərli izlər buraxır.

Artıqgünümüzün folkloruna çevrilmiş əksər Sovet nağılları da məhz bu cürfantaziyaların məhsuludur. Gəlin indi həmin nağılların əsas tezislərini təxmini də olsa qruplaşdırmağa çalışaq.

Hamı bərabər yaşayırdı, hamı dolanırdı, acından ölənyox idi.

Heç birbərabərlik-zad yox idi, sosial təbəqələşmə o səviyyəyə çatmışdı ki, imtiyazlızümrənin mağazaları da, xəstəxanaları da, sanatoriyaları da, canım sənə desin,eyş-işrət məkanları da ayrı idi. Üstəlik, həmin quruluşun ilk illəri kimi sonillərində də əsl aclıq hökm sürürdü, mağazalar bomboş idi, ən zəruri ərzaq məhsullarıtalonla satılırdı.

Pensiyavə sosial müavinətlər sahəsindəki vəziyyət təxminən indiki kimi idi. Amma düzünəqalsa, o vaxt məmurlarla camaatın pensiyaları arasında indiki qədər fantastik fərqyox idi.

Təhsil pulsuz idi, gənc mütəxəssislər dərhal işlə,bir-iki iləsə evlə təmin edilirdi;

Düzdür, təhsilalmaq üçün institutlara pul vermək lazım deyildi, amma əvəzində ora qəbul olmaqvə oxumaq üçün müəllimlərə haqq ödəmək yazılmamış qaydalardan biriydi. O vaxt,xüsusilə 60-70-ci illərdən sonra ali və orta ixtisas məktəblərinin diplomlarının60 faizdən çoxu bu yolla alınırdı. Dərhal işlə, bir neçə ilə mənzillə təminolunmaq xoşbəxtliyi isə olsa-olsa on-on beş faiz məzunun qismətinə düşərdi.

Amma təhsilləbağlı Sovetin aktivinə yazılası və bilavasitə müsəlman respublikalarına aid birməqam var ki, hər ötən gün daha daaktulaşdığı üçün deməsən olmur. İndi UZİ imtahanından uğurla keçib bu fanidünyaya təşrif gətirmək şansı qazanan qız uşaqlarının qaramat təfəkkürlüvalideynlərin iradəsiylə məktəbdən yarımçıq çıxarılaraq ya saman çuvalına tayedilmələri, ya da erkən nikaha cəlb olunmaları həmin dövrdə mümkün deyildi. Təbiiki, qorxudan.

Ümumiyyətlə, təhsil, mədəniyyət və elm sahəsindəSovetin müsəlman respublikaları üçün etdiklərini danmaq nankorluq olardı.

Haqq-ədalət var idi;

Haqq-ədalətiniyi-qoxu da yox idi. Ədalətin ən böyük təcəssümü barədə uydurulan nağılların əsassüjeti budur ki, guya yuxarılara bir şikayət məktubu yazan kimi bütün müşgüllərhəll olunurdu. Ən dramatik süjetlər isə Leninin mavzoleyinə – əli hər yerdən üzülənlərin bu son istinadnöqtəsinə göndərilən şikayət məktublarıyla bağlı quraşdırılır. İnsafən, istərmüxtəlif vəzifə kürsülərində oturan həmişəcavan məmurlara, istərsə də məmləkətinbirinci ölüsünə ünvanlanan saysız-hesabsız şikayətlər arasında həllini tapanlarda olurdu. Ancaq hər gün ölkə üzrə çuval-çuval desək yalan olar, vaqon-vaqon bucür şikayət məktubları yazılsa da, onların uğur şansı, yalan olmasın, lotoreyadamaşın udmaq şansına bərabər idi. Uğur qazanan bir məktubun sorağı lotoreyadaudulan maşının sorağı kimi bir göz qırpımında elə əks-səda qopardırdı ki, şikayətbazarında yaranan canlanma lotoreya bazarının özünü də kölgədə qoyur, şikayət məktublarıdaşıyan qatarlara əlavə vaqonlar qoşmaq lazım gəlirdi.

İndiraQandi baş nazir olandan bir il sonra BBC-nin müxbirləri ortokoks bir şərq ölkəsindəqadın baş nazirin fəaliyyətə başlamasından sonra hansı dəyişikliklərin olduğunuişıqlandırmaq üçün Hindistana yollanırlar. Müxbirlərə yaxşı bir şey göstərməkmümkün olmadığı üçün onları məktublar şöbəsinin işiylə tanış etmək qərarına gəlirvə bildirirlər ki, yeni baş nazirin ünvanına göndərilən (dəqiq rəqəm yadımdadeyil, söhbət hardasa 7 sıfırlı fantastik bir saydan gedirdi) şikayət məktublarınavaxtlı-vaxtında verilən cavablar barəsində danışırlar. Jurnalistlər özreportajında faktı belə şərh edirlər ki, əgər qısa müddət ərzində baş nazirininünvanına bu qədər şikayət daxil olursa, deməli, ölkə idarə olunmur.

Mənəviyyatsızlıq,əxlaqsızlıq və bu qəbildən olan şeylər yox idi;

Çox idi, özü də necə. Yaltaqlıq, itaətkarlıq, yalanvə riyakarlıq misli görünməmiş miqyas almışdı. Ancaq bizim kimi qövmlərdə əxlaqvə mənəviyyat ictimai kateqoriya sayılmır, bizdə əxlaqın yeganə predmeti insanların, özü də hamısının yox, yarısınınqurşaqdan aşağı hissəsində baş verən gəlişmələri müzakirə edib, vay-şüvənqopartmaqdan ibarətdir. Belə əxlaq keşikçiləri Soveti bu sahədə də aydan arı,sudan duru təsvir etməkdən yorulmurlar. Sadəcə, unudurlar ki, bütün bunlar Sovetindövründə də var idi, hələ bəlkə indikindən beş çömçə də artıq idi. Ümumiyyətlə,nə Sovet, nə də ondan əvvəl və sonra mövcud olan heç bir rejim, dünyayahökmranlıq edən heç bir din bu qədim yolun yolçularını öz yolundan sapındırabilməyib. Sadəcə olaraq, Sovetin dövründə mövzu tabu sayılırdı, qəzetləryazmır, televiziyalar danışmırdı.

Həmin vaxt qəzetlər, ümumiyyətlə, heç nə yazmır,televiziyalar heç nə danışmırdı. Onların əsas işi cəmiyyətin neqativlərini hədsizpafos və yalançı şüarlarla ört-basdır eləməkdən ibarət idi. Ancaq bütün bunlarbu yazının mövzusu deyil. Çünki bizdə Sovet nostaljisinin yalnız iki istiqamətivar – dolanışıq və yalançı namus-qeyrət təəssübkeşliyi. Bu toplum, nə yazıqlarki, özünü qalan bütün həyati prinsiplərin fövqündə görür, onlara baş qoşmağı mənasızməşğuliyyət sayır.

Əslində, Sovetin çox zay quruluş olduğunuisbatlamaq üçün bu boyda yazıya ehtiyac yox idi. Bircə cümlə də kifayət edərdi:yaxşı quruluş heç vaxt yüngül bir təkanla dağıla bilməzdi.

Deyəsən, adamlara qarşı bir az haqsızlıq elədik,onları həddən ziyadə qınadıq. Sadəcə, unutduq ki, indi Sovetin bir Eldoradokimi təqdim olunması nağıllarının əsas müəllifləri xalq deyil, ona rəhmətoxutduranldır.

P.S. Sovet özünüfəhlə-kəndli hökuməti adlandırdığı üçün onun qanunlarında həqiqətən xalqınmaraqlarına uyğun saysız-hesabsız müddəalar əks olunmuşdu.Amma burda qanunlar əməl olunmaq üçün yox, pozulmaq üçün qəbul edilirdi. Bu,Sovetin dünya idarəçilik sisteminə gətirdiyi ən dəhşətli yeniliklərdən biriydi.Ona görə dəhşətli ki, onun bütün dəyərləri bir günün içində məhv olub tarixinarxivinə qovuşsa da, məhz bu "dəyər” hələ də yaşayır və gün-gündən daha eybəcərçalarlarla zənginləşir. Təbii ki, əsasən onun bətnindən qopan ölkələrdə.

P.P.S. Mərc həvəskarlarınınnəzərinə: qoyunun alt çənəsində diş olmur.


TƏQVİM / ARXİV