adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: Sovetin vaxtı-1

NİCAT NOVRUZOĞLU
69465 | 2019-07-22 09:15

Vallah heyif, billah heyif. Heyif, sovetə.

Səndə, mən də bu heyif sözünü dilimizə gətirməsək, müstəqillik, azadlıq barədəgeninə boluna nə qədər danışsaq da soveti görənlər adamın qarşısına elə şeylər,zadlar, arqumentlər qoyur ki, qalırsanbelə. Boynun bükülür. Deyirsən kaş ki, bir az sovetdə yaşayardım. O günləri görərdim.

Doğrusunu desəm, soveti görmüşəm. Amma çoz az. Yadımdaqırmızı qalustukum qalıb. Hər kəsin eyni cür geyindiyi məktəbli forması qalıb.

Parad da yadıma düşür.

Sonra bilirəm ki, o vaxt təhsil pulsuz idi. Müəllimlərbizdən pul yığmırdılar. 8 martda istəsən müəllimənə hədiyyə verərdin, istəməzdinverməzdin. Day səni verməməyə görə gözüm çıxdıya salan yox idi. Dərs sentyabrın1-i başlayardı mayın 25-də bitərdi. Son zəng isə super keçərdi.

Pioner düşərgələri var idi. Hərçənd, mən o düşərgələrdəolmasam da gedib-gələn sinif yoldaşlarımız ağız dolusu danışardı. Əsas o idiki, pulsuz idi. Dövlətin hesabına.

Sonra yadıma düşür ki, iki dəfə sovetin paytaxtınagetmişik. Cüzi xərcimiz çıxıb. İndi Qubaya gedib bir o qədər qalsaq gərəkbaşımızdan çıxan tüstüyə 1 ay baca qoşaq ki, tüstümüz camaatı boğmasın.

Vəs.

Köhnələrlə söhbət edəndə yaman heyfislənirəm. Düşünürəm ki, kaş heç olmasa ömrümün 30 ilini sovetdə yaşayaydım.

Sovetin dadını çıxardanlar danışdıqca görürsən ki,insanlarda ümid, nikbinlik olub. Ciblərindəki pulu rahatca xərcləyə biliblər.Arxayın olublar ki, sabah yenə qazana biləcəklər.

Kasıb oxuyub katib, prokuror olurmuş. Day-dayı dövlətimiş.

Hər kəs demək olar ki, eyni maşın sürürmüş. Nömrənişanları da eyni qiymətə. Qanun hamıya aid olub. Qanundan qaçmaq olmazdı. Heçyanından keçməkdə olmurmuş.

İnstitutubitirən gənclər özlərinə iş yerini rahatca tapa bilirmişlər. İşə girən kimiadlarını yazdırarmışlar mənzil növbəsinə. Gənc kadr kimi onları tezliklə mənzillədə təmin edərlərmiş ki, qoy ev dərdi çəkməsinlər. Bütün güclərini biliklərinə,savadlarına yönəltsinlər. Elmlərini inkişaf etdirsinlər. Cəmiyyət üçün yaşasınlar,yaratsınlar.

Kiminağzı nə idi ki, kimisə haqsız yerə işdən çıxardaydı. Bir məktub yazardın Kremləgəlib dədəsinə od vurardılar.


150 rubl ilə kef edərmiş camaat. SSRİ-nin bubaşından girib o başından çıxmaq olarmış.

Ərzaq və dərmanlara xüsusi diqqət yetirilirmiş.Düşmənləri çox olduğundan sovet ehtiyatlı davranırmış. Qoruyurmuş millətini. Ərzaqkeyfiyyətli, dərman təsirli imiş.

Deyirlər ki, o vaxt səhiyyədə bir belə müasiravadanlıq olmasa da hər şey yaxşı idi. Həkim məsuliyyətli olurdu.

İnsanlar olduğu kimi gözəl imiş. Estetik əməliyyatsızda.

Hər kəsin çöhrəsində zəhmət var imiş.

Təhsil də yüksək səviyyədə. Qiyməti 2 ilə 5 kifayətləndirirdi.Oxumayan peşəyə yiyələnirdi. Dövlətin məqsədihər kəsi oxutmaq idi. Cəmiyyətəyararlı etmək idi. İndi də o vaxtki təhsilialmışlara güvənirik. Niyə də güvənməyək ki?

Cəza da var imiş. Cinayət cəzasız qalmazmış. 1 qəpiküstündə tutularmış cinayətkar.

Yuxarılara yazanda mütləq reaksiya olurmuş. Haqq-ədalətdalınca qaçanda istədiyinə çatırmışsan.

Hər kəs ekranı sevirmiş. Mənəviyyatı saflaşdıran verlişlər bol imiş. "Səhərgörüşləri”, "retro”, "dalğa”... Ekrandaheç kim "şpaqat” açmırmış. Səsi olanlaroxuyurmuş. Ekrana çıxanlar bədənləri, fiquraları, geyimləri ilə yox, intelektləriilə seçilirmişlər. Qalmaqalsız.

Dövlət "putyovka” verərdi. SSRİ tərkibindəki bütünsanatoriyalar, istirahət mərkəzləri sənin idi. Hara istəyirsən get, kef elə.

Əxlaqsızlar yox səviyyəsində imiş. Olsa da varlığıyox imiş. Fahişələr heç fahişə yerinə də qoyulmazmış.

Qadınlar ekranda onları saxlayanlardan yox mənəviyyatdandanışırmışlar.

Qadınlar bir dəfə ərə gedərmişlər. Qadınlar dözümlüimiş. Dözüb arvad olurmuşlar.

Ailələr xoşbəxt imiş. Sevgi varmış. Uşaqların sayıikidən çox imiş.

Kişilərə kişi deyirmişlər. Kişi sözü, namus, qeyrətvar imiş.

Bir az dünyaya çıxış yox imiş.

Guya indi var deyə bütün günü xaricdəyik?

Köhnələr nə rahat dövran sürüblər.

Soveti dağıtdıq.

Nə vaxtı müstəqilik. Azadıq.

Görmürəm yuxarıda sadaladıqlarımı.

Yaxşı nəyimiz var idisə saxlaya bilmədik. Yaxşıolduğunu bilə-bilə başına vura-vura məhv etdik.

Yazırammı ki, sovetə dönək. Yazmıram.

Deyirlər müstəqil yaxşıyıq. Mən də razı. Yaxşı səslənir. Haqqında yaxşı da danışırlar.

Bəs bu köhnələr niyə demir ki, nə yaxşı ki budövrüdə gördük?

Çox uzatmayım. Fəsadı olar. Noolsun ki, müstəqiləm.


TƏQVİM / ARXİV