adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bir az da optimist olaq - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
65026 | 2019-07-17 10:09

Parlamentlərarası Provaslav Assembleyasının iyunun20-də Tiflisdə keçirilən növbəti toplantısı zamanı baş verəninsidentdən sonra Gürcüstanda başlayan siyasi böhran hələ də davam edir.Rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin həmin vaxt Bakıda səfərdəolan spikeri İrakli Kobaxidzenin yerini "zəbt etməsi” zaldakı müxalifdeputatların sərt təpkisiylə üzləşmiş və qısa müddət ərzində proses böyüyərəkciddi qarşıdurmalarla müşayiət olunan etiraz aksiyalarına çevrilməklə yanaşı həmantirus, həm də antiiqtidar xarakteri almışdı. S. Qavrilovzaman-zaman GürcüstanıAbxaziya və Cənubi Osetiyanın itirilməsi faktıyla barışmağa çağıran antigürcümövqeyli bir siyasətçi olduğu üçün onun bu cür həyasız demarşının gürcülərarasındasərt təpkiylə qarşılanması təbiidir.

Əslində, Rusiyanın keçmişsovet respublikaları, ilk növbədəsə Gürcüstan, Ukrayna və Moldova ilə münasibətlərindəkigərginlik yeni hadisə deyil, Sovet imperiyası dağılandan bu günə kimi yüksələnxətt üzrə inkişaf etməkdədir. Sadəcə, bəzən hər hansı bəhanə həmin gərgin münasibətlərinməcrasından çıxmasına, hətta hərbi qarşıdurmlara qədər böyüməsinə yol açır.Rusiya Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq həmin ölkələrdəki separat hərəkatlarımüdafiə etdiyini nəinki gizlətmir, həm də bunu öz boynunun borcu sayır.

Bu ölkələr Qərbə taminteqrasiya olunmuş Baltikyanı respublikalardansonra üç keçmiş sovet respublikasıdır ki,demokratik seçki,iqtisadi sərbəstlik,insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm gəlişmələrə imzaatıblar. Yəni, necə deyərlər, artıq Avropanın qapısı ağzındadırlar. Ötən əsrinsonlarından itirə-itirə gələn Rusiyanın başda patriarx Putin olmaqla imperiyaambisiyalarını cilovlamağı bacarmayan, heç bunu istəməyən siyasi elitasını dacırnadan məhz bu məqamdır. Onlar 30 il əvvəl Qərblə Şərqin Berlin divarı vasitəsiləayrılan siyasi sərhədlərinin dünən Ukraynadan keçməsinə, bu gün Gürcüstana qədəruzanmasına dözə bilmirlər. Başa düşüləndir. Tarix boyu mövcud olan imperiyaelitalarının hamısında yaşanan haldır. Ona görə də bütün imperiyaların çöküşü,adətən, tədrici proses olmaqla yanaşı, həm də saysız-hesabsız ağrı-acılarlamüşayiət olunur.

Gürcüstan böhranının bu dəfəkipik nöqtəsi Rustavi-2 telakanalının aparıcısı Georgi Qabunuyanın və bir neçəgün sonra onun səsinə səs verən Kiyevli həmkarının ağlı başında olan istənilənadamda ikrah doğuracaq latayır söyüşləri və bunun ardınca Dövlət Duması və Rusiyateleviyazlarının qopardığı tozanaq oldu. Rusiyada televiziyalar kimi Dumanın daprezidentin tam nəzarətində olması və belə məqamlarda həmin qurumların Kremlindiqtəsi ilə hərəkət eləməsi heç kimə sirr deyil. Həmin Dövlət Dumasında təmsilolunan partiyaların adları və bəzən də ideologoyaları müxtəlif olsa da hamısıPutinin siyasətini can-başla müdafiə eləyən "derjavnik”lərdir – öz təbirləriylədesək. Yəni, ideologiya ikinci məsələdir, əsas "derjava”dır.İstər Dumadakı, istərsədə televiziyalardakı çıxışların əsasleytmotivi isə Gürcüstanı diz çökdürməyin labüdlüyünü, böhranın hələ söyüşdən əvvəlkimərhələsində tərbiq edilən sanksiyaların daha da sərtləşdirilməsini əsaslandırmaqdanibarət idi.

Həddini aşan isterikittihamlara rəğmən məsələyə münasibət bildirən Putinin təmiz fərqli ritorikası tərəfdarlarınınməhvərindənçıxan ehtiraslarının üstünə su səpsə də, onunölkə daxilindəki, daha çoxsa xaricindəkiəleyhdarları üçün əsl sürpriz oldu. İndi həm tərəfdarlar, həm də əleyhdarlarbelə bir konstruktiv mövqeyinhardanqaynaqlanması üstündə baş sındırmaqla məşğuldurlar.

Rusiya prezidentininjurnalistlərin həddini aşan təhqiramiz çıxışlarına o qədər də ağrılıyanaşmamasını bəlkə də başa düşmək olar. Çinki ö özü də yeri gələndə bu cür vulqarleksikadan istifadə etməyi özünə rəva görməkdən vaz keçmir. Elə bu yazınıyaza-yaza onlardan ikisi – təzəcə başnazir təyin olunan vaxt onun terrorçu adlandırdığı çeçen döyüşçülərini həttatualetdə öz təbii ehtiyaclarını ödədiyi yerdə də olsa tutub məhv edəcəyi,Saakaşvilini xayasından asacağı ilə bağlı birbaşa televiziya ekranından söylədiyisözlər, necə deyərlər, bədahətən yadıma düşdü.

Öz aqressiyalarını nümayişetdirməyə və yaxud həyata keçirməyə tutarlı səbəblər tapmayan hökmdarlarındadına həmişə bəhanələr çatıb. Görəsən, belə bir bəhanəortadaykən ondan yararlanmaq fürsətiniyə əldən verildi? Təsadüfmü? Ağlabatan deyil. Köhnə siyasətdən əl çəkmək istəyimi?İnandırıcı görünmür. Yaxın qonşulara "ikinci sort dövlət və millət” kimiyanaşmaqla məqsədə çatmağın mümkün olmayacağına əminlikmi? Fantastik görünsə dəindiki halda bundan daha münasib arqument tapmaq xeyli çətindir.

Məsələ burasındadır ki,Gürcüstandakı hazırkı iqtidar hakimiyyətə gələrkən onun Rusiyameyilli birsiyasi qüvvə olduğuna, Saakaşvilinin radikal və uğurlu islahatları nəticəsindəAvropa dəyərlərinin sürətlə oturuşmağa başladığı ölkənin yenidən Rusiyanın ağuşunaqayıdacağına şübhə etməyən bir kimsə tapmaq çətin idi. Ancaq bu gözləntilərözünü doğrultmadı, Saakaşvilinin götürdüyü kurs davam etdirildi, Gücüstan son 6ildə, yəni Bidzina İvanaşvilinin "xaç atalığı” dövründə Qərbə "bir köynək” dəyaxınlaşdı. Hətta bəzən Saakaşvili adamın gözünə gürcü əsilli fransız olan indikiprezident Salome Zurabaşvilidən daha çox ruspərəst siyasətçi təsiri bağışlayır.Onunİvanaşviliylə barışmaz düşmənçiliyi isə siyasi-ideoloji baxışlarındakı fərqlərdənyox, şəxsi motivlərdən qaynaqlanır.

Sovet imperiyasından ən çoxitkilərlə qopan respublikaların biri də Gürcüstandır. Qərbin birmənalı dəstəyinəbaxmayaraq onun artıq 30 ildir ki, müstəqil olmuş (oxu: Rusiyanın tərkibinəgirmiş) iki muxtar respublikasını geri qaytarmaq imkanları, demək olar ki,yoxdur. Yaxın perspektivdə də bu qayıdışın izi-tozu görünmür. Rus siyasətinin mətbəxindəbişmiş Şevarnadze belə demokrat Yeltsinin dövründə buna nail ola bilmədi.Saakaşvili əldən çıxmış üçüncü muxtar qurumu geri qaytarsa da həmin iki vilayətiqaytarmağa, onsuz da, gücü çatmayacağını bildiyindən bütün qüvvəsini ölkənindemokratikləşdirilməsinə yönəltdi və bunu qarşısıalınmaz bir prosesə çevirməyibacardı. Bu gün gürcülərin antirus ovqatı təkcə Şimali Osetiya və Abxaziyanıyox, həm dədemokratiya sahəsində qazandıqlarını birdəfəlik itirmək qorxusuylabağlıdır.

Görünür, Putin də bu ovqatıyaxşı bildiyindən, Gürcüstandan güc yoluyla qopartmağa daha bir şeyqalmadığının fərqində olduğundan öz ritorikasını dəyişməyə məcbur oldu.Onun həmin çıxışı iki tezisin üstündəqurulmuşdu. Sanksiyalar lazım deyil və bundan əvvəl təyyarə reyslərinin ləğvedilməsiylə bağlı verilən qərarları da ləğv eləmək məqsədəuyğundur. Abxaziya vəŞimali Osetiya vaxtilə müstəqil knyazlıqlar olub və Rusiyanın tərkibinə də müstəqildövlətlər kimi daxil olub. Həmin respublikalar Stalin-Beriya cütlüyünün patronajlığısayəsində sonradan Gürcüstanın tərkibinə verilib. Yəni biz işğalçı deyilik,ortada işğal faktı və işğalçı varsa, bu da elə Gürcüstanın özüdür.

Bu ikinci tezisdə deyilən fikirlərintarixi həqiqətə nə dərəcədə uyğun olub-olmamasını bir tərəfə qoyaq. İstər-istəməzsual yaranır. Axı, böyük bir dövlətin başçısını, dünya siyasətini yönəldən,yaxud, ən azı buna iddialı olan bir dövlət rəhbərini tarixçi və ya politoloqkimi danışmağa sövq edən nədir? Bir anlığa təsəvvür edin ki, dünyanın xəritəsinixalqların tarixi haqqlarına uyğun şəkildə tərtib eləmək lazım gəldi.Bu haqqlarıkimlər və hansı meyarlar vasitəsilə müəyyənləşdirəcək? Tarixi kontekst əsasgötürülsə Rusiyanın öz taleyi necə olacaq? Dünyada necə bir xaos yaranacaq? Yəqinki, Babil qülləsinin inşası vaxtıbəşər övladının üzləşdiyi mərəkə və hərcmərclikhaqqındakı Bibliya nağılı bunun yanında toya getməli olardı. Həmin sözlər deyiləndənbir gün sonra çox uzardan yox, elə Rusiyanın qulağının dibindən – Ukraynadan gələncavab da buna əsl sübutdur: "Qoy, bundan sonra Ukrayna öz adıyla Rusiya, Rusiyada öz adıyla Moskoviya adlansın”.

Bu gün Putindən tutmuş digəryüksək çinli məmurlara, Dumanın deputatlarından başlamış telekanallara qədərhamınınhansı havanı çalmasından və nə deməsindən asılı olmayaraq, Rusiya heç vaxtindiki kimi ağır durumda olmayıb. Bir-birini əvəz edən sanksiyalar, onsuz da,ağır sosial-iqtisadi durumu daha da çətinləşdirib. Konkret bir sosial ukladyoxdur, normal bir iqtisadi münasibətlər sistemi mövcud deyil. Demoqrafik fəlakətiönləmək üçün hökumətin gördüyü şirnikləndirici tədbirlər nəinki bəhrə vermir, əksinəəhalinin ildən-ilə azalmasıyla müşayiət olunur. Geopolitik mövqelər getdikcədaha sürətlə əldən çıxır, insan hüquq və azadlıqları sahəsində vəziyyət hər ötəngün bir az da pisləşməkdə davam edir. Əslində, təzə heç nə yoxdur,sadalananların hamısı sovetin vaxtından mövcud olan və imperiyanın çökməsinə gətiribçıxardan köhnə problemlərdir. Təzə olan yeganə şey odur ki, indi əvvəlki dönəmlərdəolduğu kimi nə bu imperiyadan qorxan, nə də qorxu ucbatından onun nazıylaoynayan var. İndi dünya da Rusiya ilə onun öz dilində danışmağa başlayıb. Hərilin başında və ayağında yeni dəhşətli silahların istehsalı ilə bağlı verilənanonslar da əvvəlki illərdə olduğu kimi ciddi təşviş və həyəcan doğurmur, stressatmaq üçün söylənilən söz təsiri bağışlayır. Ona görə də indi az qala dünyanınbütün qalan hissəsi qədər təbii sərvətlərə malik olan bu ucsuz-bucaqsız ölkə buqədər nəhəng iqtisadi potensialı və hərbi gücüyləgündən-günə qloballaşan və sərhədlərişəffaflaşan bu gen dünyada tək-tənha qalıb, yetim bir övlada çevrilib.Sovetinmirası kimi boynundan asılıb qalmış bir neçə inventar ölkədən başqa dost deyəcəyiyaxın-uzaq bir məmləkət yoxdur.

Putin bu yaxınlarda xarici mətbuataverdiyi bir müsahibəsində I Pyotru özünün kumiri adlandırmışdı. I Pyotr Rusiyaüçün həqiqətən böyük işlər görüb, Rusiyanı güclü bir imperiyaya çevirib,Ukrayna tarixinin hesabına Rusiya tarixini yazmağın əsasını qoyub. Odur ki, istənilənrusun onunla fəxr eləməyə haqqı çatır. Amma bu o demək deyil ki, bu gün də ölkənihəmin üsullarla idarə etmək lazımdır və 300 il əvvəlki idarəçilik üsulu indikişərtlər daxilində də faydalı ola bilər.Vaxtilə məhz I Pyotr Rusiyanı dəniz dövlətinəçevirmişdi. Amma bu mövqelər yavaş-yavaş əldən çıxır, hətta bir neçə il əvvələkimi rusların fəxrlə öz daxili dənizləri saydığı Qara dənizdə indi NATO atoynadır. Çünki zaman dəyişib, hər şeyi silah gücünə həll eləmək dövrü tarixəqovuşub. Heç kimin heç vaxt istifadə eləməyə cəsarəti çatmayacaq silahlarasahib olmaqla dünyaya ağalıq eləmək erası bitib.

I Pyotrdan söz düşmüşkən, birvacib məqamı da xatırlatmaq yerinə düşər. Bütün böyük şəxsiyyətlər kimi onun dayarımçıq qalmış planları, həyata keçməmiş arzuları olub. Rusiyanın sərhədləriniFars körfəzinə qədər uzatmaqdan tutmuşİvan Qroznı dövründən miras qalmış"Moskva– üçüncü Roma” ideyasına kimi hələ ki, yarı mif, yarı həqiqət hesabolunan vəsiyyətnaməsindəki bir çox şeyləri sadalamaq olar. Ancaq bunlar tarixintoz basmış arxivlərində qalan saysız-hesabsız ideyalar kimi bu gün elə mühüm əhəmiyyətkəsb eləmir. Gücləndikcə geopolitik iştahlarını artırmaq bütün imperiyalarınxislətidir. Keçmiş olsun.

Hərçənd, onunbaşqa bir yarımçıq qalmış arzusu da var ki, bu gün də kal armud kimi rus cəmiyyətininboğazına keçib – nə udub həzm edə, nə də dartıb çıxarda bilirlər. I Pyotr təkcəRusiyanı öz dövrünün Avropasında mövcud olan dövlətlərə oxşatmağa çalışmırdı, həmdə rusları Avropalı eləmək istəyir, üstəlik, bunu zor gücünə, qamçıyla həyatakeçirməyə can atırdı. İndi düz üç yüz ildir ki, rus cəmiyyətinin bütün "ağıllıbaşları” "biz Asiyalıyıq, yoxsaAvropalı” dilemmsını cözməyin əlində naçar qalıblar. Nə vaxtsa cözülə biləcəyidə sual altındadır. Təkcə ona görə yox ki, milli identifikasiyanı saxlamaq şərtilədavranış stereotiplərini dəyişmək, kəsəsi, bir xalqdan başqa bir xalq düzəltməkçox çətin prosesdir, həm də ona görə ki, bu toplum Asiyalı olmaq istəmir,Avropalı olmağısa bacarmır.

Bir xalqı başqa xalqa çevirməknə qədər çətin prosesdirsə, mövcud olan dövlətlərin təcrübəsinə sığınıb onlaraoxşayan dövlət qurmaq bir o qədər asandır. Bundan ötrü xalqı dəyişməyə, onunqitə mənsubiyyətini müəyyənləşdirməyə ehtiyac yoxdur. Yetər ki, idarəçiliküsulunu dəyişəsən, gücün çatdı-çatmadı oyun qaydalarını diqtə eləməyəçalışmayasan, dövləti insanın yox, insanı dövlətin fövqündə görəsən. Daha zəmanədəyişib, daha qaydaları yalnız silah gücünə diqtə eləmək dövrü bitib. İndibunun üçün güclü iqtisadiyyat və azad vətəndaşa sahib olmaq heç də silahdan azrol oynamır. Həm də yadda saxlamaq lazımdır ki, oyun qaydalarını müəyyənləşdirəbilməyəndə aşırı gücənməyə ehtiyac yoxdur, çünki təklif olunan qaydalarlaoynamağı bacarmaq da siyasətdəndir.

Qoy, sonda bir az daromantikaya qapılaq, optimist olaq və elə hesab edək ki, Putinin sanksiyalarlabağlı Gürcüstana yönəlik sonuncu yumşaq sözləri də elə bu kontekstdədeyilmişdi. Dünya dağılmaz ha!



TƏQVİM / ARXİV