adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nə ehtiyac?! - Eminquey yazır

EMİNQUEY AKİF
73882 | 2019-07-13 15:17

Cin, şeytan, iblis hardadır? Necədirlər? Niyəgörünmürlər?

Dinə görə onlar bizimlə eyni dünyada yaşayırlar. Vəguya o vaxt Adəmlə Həvvanı da məhz o aldadıb. Siz buna inanırsınız? Həvvayaranandan sonra Adəmi aldatmağa şeytanmı lazım idi? Kişi onsuz da ömrü boyuqadına aldanır. Şirin sözünə, naz baxışına, göz yaşına, ehtirasına.

Mən dəqiq bilirəm, Həvva sadəcə Adəmlə küsülü olub.Neyləsin? Nə qaynanası olub, nə də baldızı. Boş-bekarlıqdan Adəmlə dalaşıb. Həvvaqadındır axı. Qışın ortasında hamiləliyibəhanə edib 100 manatlıq çiyələk istəyən bir varlıqdır. İndi bir alma nə olanşeydi ki? Adəmə deyib ki, özünü bağışlatmaq üçün o almadan yeməlisən. Yeməsən nəsəni bağışlayacam, nə də mənim sevgimdən, ehtirasımdan bəhrələnəcəksən. BeləcəAdəm bütün bəşəriyyətin işini salıb çətinə.

Əgər keçmişdə bu qeyri-adi məxluqlar insanlarıngözünə görünə bilirdisə, indi niyə bu hadisələr baş vermir?

Bir də görürsən, hansısa tv-də bir cindarıçıxarırlar efirə. Bir psixi xəstənin diaqnozunu belə qoyur ki, guya bu adama cingirib. Və bir neçə veriliş bu cindarla cin girmiş adama həsr olunur. Cindarbaşlayır Qurandan ayələr oxumağa. Adamın halı pis olur, başlayır sayıqlamağa.Hamını inandırırlar ki, cin həqiqətən də insan bədəninə girə bilirmiş. Bu cürşarlatanlıqla məşğul olanlar özləri cindirlər. Camaatın cibinə girib əclaflıqlaməşğuldurlar.

İndi sizə məşhur bir sitatı dekonstruksiya edibdeyim ki, şeytan olmasaydı da, insan onu yaradacaqdı. İnsanın ta qədimdənşeytana ehtiyacı olub. Niyəsini yavaş-yavaş izah edəcəm.

Haqverdiyevin "Pəri cadu”su, Hüseyn Cavidin"İblisi”. Bunun kimi dünya ədəbiyyatındada nümunələr çoxdur. Dantenin "Cəhənnəm”i, Hötenin "Faustu” və s.

Bu, İblisin ədəbiyyat tərəfidir. Yəni İblisinfantastik bir varlıq olmasını ədəbiyyatda görmək normaldır. Bəs həyat? Axı həyatbelə deyil. Məsələn, nüvə silahı, atom bombası, raketlər, dar ağacları, qəlbqıran sözlər və s. Hamısı İblisdən deyilmi?

Bəs bunları yaradan kimlərdir? İnsan!

O zaman niyə İblisi qeyri-adi varlıq kimi təsəvvüredirlər?

Səbəb sadədir. Öz əməllərini İblisin üstünə yıxmaq!"Allah şeytana lənət eləsin” deyib günahdan yayınmaq!

İblis varsa da, bizə ziyanı yoxdur. Ən dar məqamdadadımıza yetişir. Bədbəxtin balası elə bil günah keçisidir.

Amma bütün bunlar bir qırağa, mənim dediklərimin ənyaxşı izahı Hüseyn Cavidin "İblis”indədir. Ümumiyyətlə, nə Dante, nə Höte, nə dədigərləri İblisin tərifini Hüseyn Cavid kimi verə bilməzlər.

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət.

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də əmin ol, sizə rəhbərlik edən var.

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altun və qadın düşgünü divanə bəbəklər.

Bin hiylə quran tülki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi göynətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

Bən tərk edərim sizləri əlan nəmə lazım!

Heçdən gələrək, heçliyə olmaqdayım azim.

İblis nədir?

- Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis...

Əsərin məzmun və qayəsi İblisi bəşəri fikirlərimeydana gətirən amillərin ümumiləşdirilmiş obraz kimi canlandırmaqdır. Bu əsərləmüəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün məsələlərinəyönəldir ki, bu da bəşəriliyi ilə bağlıdır.

Bəli, İblis qeyri-adi varlıq deyil və mən bunainanmıram...

Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nəehtiyac?!

Mənim üçün İblis məsələn, Roma İmperiyasının üzqarası, "Kiçik Bot” ləqəbiylə tanınan Kaliquladır. Çox qəddar hökmdar olub. Güclü və gəncqladiatorların əvəzinə xəstə, yaşlı və hətta fiziki qüsurlu insanları seçərdi.Onun fikrincə bu daha zövqlü idi. Arenada qladiatorların vəhşi heyvanlarlasavaşını izləyər, ürəyi istədiyində izləyicilər arasından bir neçə nəfəri seçibonların da döyüşməsini istəyərdi. Döyüşdürdüyü heyvanlara yemək çatdırmaqda çətinlikçəkilən zamanlarda isə əsirlərdən istifadə edərdi. "Bu keçəldən bu keçələqədər” – deyərək, təsadüfən seçdiyi əsirlərin yem kimi heyvanalara verilməsini əmredərdi.

Əsirlərinin, hətta bəzən xalqının keçəl olmasının səbəbionun əmriydi. Keçəl qalmaq kompleksi olduğu üçün hər kəsin saçlarını ya tamam,ya da çox qısa şəkildə kəsdirilməsini əmr edərdi. Senatorların ailələrindəkiqadınları toplayıb fahişəxanalar yaratdığı, onlardan gələn pullarla xəzinənidoldurmağa çalışdığı bilinir.

Qəddar olduğu qədər həm də əqli problemi vardı.Bacısı Drussilanın ölümündən sonra yas elan ettiyini demişdik, ölümün səbəbkarıda elə Kaliqula idi. Bacısını hamilə qoyduqdan sonra körpəsi hələ bətnində ikənçıxartdırıb yarı tanrı elan etmişdi.

Atı onun üçün ən dəyərli, senatorlar isə ən dəyərsizinsanlar idi. Şəxsi atını senator, hətta senatordan daha üstün olan konsul beləelan etmək istəyirdi.

İndiki dövrdə heyvanlara qayğı göstərən insanlarıgörəndə bir anlıq Kaliqula yadıma düşür. İnsanlar tanıyıram ki, küçədə ac insangörsə, görməzlikdən gələr, amma bir pişik görsə, tutub evinə aparar, axşam dasosial şəbəkədə paylaşıb heyvansevərliyini göstərər.

"Çernobıl” insanların səhvi deyildimi? "Xocalı” ermənilərinqəddarlığı deyildimi? Hüseyn Cavidin, Mikayıl Müşfiqin qatili insanlardeyildimi? Bu qədər şeylərdən sonra İblisi günahkar çıxarmaq sadəcənadanlıqdır.

TƏQVİM / ARXİV