adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

MƏNƏ DƏNİZ... VER(MƏY)İN! - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
44900 | 2019-07-05 11:14

Bu ilin istiləri anomal yox,daha çox anormaldır! - kimi səslənsə daha doğru olar. Uzun illərdən bəri beləistilərin olduğunu xatırlamıram. İstidə ilk yada düşən isə su olur - istəriçmək üçün, istərsə də yuyunmaq, sərinləmək üçün. Bizdə isə çayların bol,dənizin ən yaxın olduğu halda bu keyfiyyətlərdən məhrumuq.

Yer üzünün sərvətiylə, möcüzələriylə, təbabətiylə,adət-ənənəsiylə, mətbəxiylə və s. seçilən, tanınan guşələri var, amma ənbirinci insanı cəlb edən o yerin təbiətinin gözəlliyi olur. ilk ona qiymətverilir. Bəzən çox gözəl təbiəti olan belə bölgəni "Nağıllardançıxmış", "Yerüstü cənnət", "Möcüzə", "Allahınlütfü" və sair adlandırırlar. Azərbaycan da belə gözəlliklər diyarındanbir parçadır. Doqquz iqlim qurşağının verdiyi imkanlar bu balaca ölkədə dağ da,meşə də, çay da, dəniz də, düzənlik də, hətta səhra da görməyə imkan verir. Vəzaman-zaman həm bu gözəlliyi, həm də bu gözəlliyə zəngilnik qatan yeraltı,yerüstü sərvətlərimiz üzündən xalqımızın başı çox çəkib. Çəkib, yadellilərdən,amma sapı özümüzdən olan baltaların kəsdiyi yer daha çox acı verir...

Bugünkü yazımın səbəbi də gözəlliklərdən bəhs etməkdeyil, bu gözəlliklərə həsrət qoyulmağımız haqdadır.

Türkiyənin ən gözəl guşələrindən biri Qaradənizdə -Trabzonda olarkən, təbiətin bəxş etdiyi gözəlliklərin necə səxavətlə insanlarınixtiyarına verildiyini seyr etdikcə, Allahın bizə verdiyi nemətlərin necəinsafsızcasına əlimizdən alındığını düşündüm,illərlə əsəblərimi tarıma çəkən bu duruma bir daha qeyzləndim və sizə də əsəb gərginliyiyaşadan bu durumu bölüşmək istədim.

Batumidən Türkiyəyə keçən Sarpdan tutmuş, Hopa, Rizə,Çayeli, Of, Trabzon, Akçaabad, Samsun, Görele, Giresun, Ordu, Sinop...Qaradəniz boyu ta İstanbula qədər uzanıb gedən bu gözəlliklər oradayaşayanların özlərinə məxsusdu. Bəli, dəniz də, meşə də, dağ da...hər şey xalqın ixtiyarındadı. İstədikləri zaman qayaların üstündə oturub dənizi seyr edir, istədiklərində də qumlusahildə kimsənin müdaxiləsini hiss etmədən gəzə bilirlər.

Yolboyu dənizin sahilindəkeçən yolçuların dayanıb istirahət etmələri üçün hər şərait yaradılıb, -taxtadan tikilmiş, günəşdən qorunmaq və yemək üçün kiçik "evciklər"və dənizə girə bilmək üçün şərait, təmiz, bol narın qum. Ərzincandarastlaşdığım mənzərə isə mənim üçün (bəlkə çoxları üçün!) əsl möcüzə idi. Böyüksahəli, hər bir gözəlliyi ilə istirahət üçün yararlı, yaşıl parkın əsasözəlliyi onda idi ki, bu parkın ətrafında üç möcüzəli su axır - biri acı, biriturş, biri kükürdlü. Turş su təbii qazlı sudur və butulkaya doldurub, qapağınıaçarkən bizdə satılan süni hazırlanmış qazlı sulardan daha təzyiqlidir. (Qazlısularımızı açanda hər dəfə ağlıma ilk gələn "Dərviş Parisi partladır"filmindəki: Oğlan, bu qədər də barıt qoymaq olar?- olur). Həm bu suda böyrəkdaşını düşürmə özəlliyi var (bunu özümdə sınadım). İkinci acı su burun, boğazyolları iltihabını təmizləyir. Burnuma çəkməyi tövsiyə etdilər. Doğrudu,beynimə qədər yandırdı, amma anında nəfəs almamda elə bir dəyişiklik hiss etdimki. Üçüncü kükürdlü su isə dəri xəstəliklərinin - qoturun, dəmrovun, ekzemanınvə başqa dəri xəstəliklərinin ən təbii müalicəsi üçün yararlıdı. Hər üç suyunözünə məxsus rəngi var.

O suyu seyr etdikcə ilkağlıma gələn bu oldu: "Nədən buranın "imkanlıları" bu parkı, heçolmasa bu suları hasarlayıb, milyardlar qazanmırlar?".

Amma yelilərdən bir az başqa cür soruşdum: Nədən bütüngün axıb israf olan bu sulardan dövlət istifadə etmir? Cavab əvəzinə mənəparkın ortasındakı bir lövhəni göstərdilər. Lövhə Rumi 1341-ci il tarixdəyapılmış və 1932-ci ildə Ərzincan valisi Ali Kamalin təşəbbüsü ilə vurulmuşduvə orada bütün təbii sərvətlərin xalqa məxsus olduğu bildirilirdi.

Bəli, bu yazıda əsas məqsədim də budu, dövlətə məxsusolan sərvətin həm də xalqa - bizə, mənə, sənə, ona məxsus olması lazım olduğunuhayqırmaq! Hələ başqa sərvətləri demirəm...

Rayondan gələrkən Ələt, Qobustan, Qaradağ ərazisindədəniz boyu hasarların çəkildiyini görməmiş deyilsiniz. Bu hasarlar, hasarlarıniçindəki zəngin villalar xalqın malını insafsızca mənimsəyərək onları bugözəllikdən, rahatlıqdan təcrid edənlərin özbaşınalığını, gözgörətiqanunlarımızı saymamalarını ifadə edir. Onların el arasında deyildiyi kimi,"dədələrinin malı kimi" istifadə etdikləri bu rahatlıqda milyonlarınhaqqı, gözü, ahı var. Başqalarının haqqıyla lüks həyatsürənlər, siz ayağınızın altına xalqı qoyub o hasardan boylana bilərsiniz. Bəsbiz necə görək dənizimizi?

Türkan, Hövsan, Novxanı (nisbətən), Corat...görmədiyim başqa sahillərdə də - hər tərəfdə dəniz hasarlanıb, yaxudçimərliklər özəlləşdirilib və oraya daxil oldunmu, heç bir şey yeyib-içmədən dəboş masada oturma haqqı olaraq müəyyən məbləğ ödəməlisən.

Bir karikatura vardı xalq çöməlib, belindəkilərüst-üstə ucalır, xalq dözür, sonra səbr kasası dolanda ayağa qalxır və oyüksəkdəkilər kəllə-mayallaq aşağı yuvarlanırlar. Bu yuvarlanmaları tez-tezgörürük, hər yuvarlananlarınaltından çıxan milyonlarla bu xalqı bir neçə il dolandırmaq olar.

Sizkimsiniz? Özünüzü hansı xalqa məxsus hesab edirsiniz?

P.S.Dəfələrlə yüksək instansiyaların xəbərdarlığına baxmayaraq hasarlar nəinkisökülür, hətta bir az da ucaldılır, içindəki villalarsa daha da lüksləşdirilir.

TƏQVİM / ARXİV