adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: SİRLİ OTAQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
45991 | 2019-07-04 17:49

Bir atalar sözüvar. Bilmirəm nə qədər həqiqətdi, amma indiki məqamda fikirlərimi ifadə etməyəbir ipucu kimi gərək olduğundan mən bu atalar sözünü xatırlatmaq istəyirəm:"Qulaq hər gün təzə bir söz eşitməsə kar olar!".

Bəli, bu atalarsözüdü və bu sözün yozumu da müxtəlifdir. Sadəcə, bu yozumların içərisində dahadəqiqi, daha tez qəbul olunanı söz eşitməkdi. Çünki sözü eşitmək, onu qavramaqartıq elə onun mahiyətinə varmaqdı. Yəni qəzetin hansı gün çap olunmasındansöhbət getmir, onun oxunmasından söhbət gedir. Yəni beş il, on il bundan öncəçap olunmuş qəzeti mən bu gün oxuyuramsa, deməli, o mənim üçün təzədi. Bax, bumənada hər gün səslənən söz nə qədər ətrafımda gəzib dolansa da, o, əgər sənəünvanlanmayıbsa və sən o sözdən yararlanmırsansa, bu artıq nə sənin üçün bir əhəmiyyətkəsb etmir, nə də sən onun ardınca getmirsən. Amma söz sənin qapını döyəndə, həmino dünənki söz sənə təzə kimi gəlir, görünür...

Bilmirəm, fikirlərimiifadə edə bildim yoxsa yox, amma mənə elə gəlir ki, siz də razılaşarsınız ki,söz sahibinə çatanda, sahibinə təsirini göstərəndə o, həm də hərəkətverici qüvvəolur. Bax, bu mənada mənim bu yazımın da işıq üzü görməsində bir sözün qığılcımkimi alışması kifayət etdi. Yəni iş otağıma daxil olan bir Allah bəndəsivurğuladı ki, bu otaq mənə keçmişi xatırladır - həm aurası ilə, həm içərisindəkimənzərə ilə, həm də burada tez-tez səslənən retro musiqilərlə...

Doğrusu, mənözüm də bu barədə düşünmüşdüm və hətta ən yaxın dostlarım, mənə ərki keçəndoğmalarım məni köhnəliyin qalığı kimi bir az qınasalar da, nədənsə mən köhnədənqaldığıma heç vaxt təəssüflənməmişəm, üzülməmişəm. Düşünmüşəm ki, dünəndən bugünə gəlib çıxmağın özü arıtq bir məsafə qət etməklə yanaşı, həm də növbəti biristəyə qovuşmaqdı. Şəxsən mən köhnə kişilərə sözün bütün mənalarında həsədaparmışam. Onların oturuşu, duruşu, sözünün kəsəri, yanakı baxışı, düyülmüşyumuruğu və bir də ifadə etdiyi sözün sanbalı ilə yanaşı onun məsuliyyətiarxasında dayanmaqları... Bax, köhnə kişilər təqribən bu idi.

Elə düşünməyinki, bugünün kişilərinə hansısa bir etirazım, hansısa bir sayqısızlığım var.Xeyr. Hərə öz zamanının adamıdı və hər kəs də o zamanın içərisindən çıxır. Ammadünənlə əlaqəni kəsmək, bütün körpüləri yandırmaq bugünün, bu zamanın insanlarınaartıq adi bir iş kimi, yanaşma kimi aşılanıbdı. Bax, mən bununla barışmıram. Buyerdə köhnə kişilərin xiffətini çəkirəm. Nə etmək olar? Görünür, mənə yazılanyazılardan biri də elə bu xiffətdi - yurd xiffəti, itirdiyim şəhid doğmalarınyerdə qalan qanının xiffəti, çin olmayan arzularımın, xəyallarımın xiffəti... vəsairə... Mən sözümün əvvəlində atalarla bağlı, daha doğrusu, onların səsləndirdiyibir mübarək fikrin ipucu olduğunu söylədim və həmin o ipucunun da nədən indikiməqamda yazıma köçürdüyümü az-çox ifadə etməyə çalışdım. Lakin burada həm dəbir məqsədim var idi. O da təkcə köhnənin yox, həm də o köhnənin özündəkisanbalın çəkisini, tutumunu, əhatə dairəsini önə çıxarmaq idi. Bax, mənzaman-zaman düşünüb belə bir məntiqi nəticəyə gəlmişəm ki, baş verənlərin heçbiri təsadüf deyil. Onların hamısının mayasında bir zərurət var. O zərurət ilkanda təsadüf formasında ortaya çıxır. Elə ki, sular axıb durulur, elə ki, hərşey öz yerini tutur, bax, ondan sonra sakit bir tərzdə olanı, olmuşu vərəqləyəndə,saf-çürük edəndə və yaxud da düşünəndə adamın qarşısına təsadüfün mayasındakı zərurətçıxır. Elə səhər-səhər eşitdiyim iş otağımla bağlı fikrin də arxasında sən deməbir zərurət dayanırmış. O zərurət bu yazının doğulması imiş. mən də həmin zərurətiürək açıqlığı ilə qəbul edib bu otaqda dünyaya gələn fikirlərin, duyğuların,misraların axarına düşürəm...

Sən

elə düşünmə ki

haçansa

duracaqsan,

üz çevirəcəksən

əsəbi şəkildə

qapını çırpıb

gedəcəksən...

mən də

öncə

yerimdə donacam

sonra

ayaqlarınayıxılacam

sarılacam,

yalvaracam...

amma yox...

sən

nahaq özünə

bu qədərinanırsan

həm dəyanılırsan

çünki

Allahın

mənə verdiyisevgini

əlimdən almaq

özü ilə

götürüb aparmaq

və deməli

məni də

sındırmaq üçün

hələ şərəfləndirməyib

bu dünyada,

heç kimi,

bunu saxla

yadında ...

***

Arxada bir zamankəsiyi qaldı. Elə bir zaman kəsiyi ki, mən o zamanın içərisində təkcə özümünyox, həm də doğmalarımın, ailəmin ömrünə yazılan məqamların sevinciniyaşamışam. Bu gün də həmin o sevinc mənim və doğmalarımın həyatını bəzəyir. Deməli,insan yaşa dolduqca onu iki məqam daha çox özünə çəkir. Biri torpaq, biri də ətrafındaböyüyən körpələr, yəni nəvələr. Mən torpaq həsrətinin bütün acısını, bütünyanğısını artıq 30 ilə yaxındır ki, çəkirəm, yaşayıram. Yəni 1991-ci il oktyabrayının 30-dan bu acının, bu nisgilin nə demək olduğunu anbaan, saatbasaatvarlığımda hiss edirəm və elə o hiss etdiyim ağrının içərisində də özüm də özümüçün ikinci bir ağrıya çevrilirəm. Ona görə də yazanda ki, "torpaq çəkiradamı" mənə heç kim etiraz etmir. Ən azından bu şeirə görə oxucular məniqınamır. Onlar da nə şayadığımı, nə duyduğumu, canımdan, qanımdan nələrkeçirdiyimi həm anlayışla qarşılayırlar, həm də müəyyən mənada bu ağrıya özsusqunluqları ilə təsəlli verməyə, ovutmağa çalışırlar. Lakin insanı çəkən, təbiiki, yaşlı insanı çəkən ikinci məqam nəvələrdi. Mən zaman-zaman qonşuda, qohumda"dövlətdə dəvə, övladda nəvə" deyən yaşlıların fikirlərini çox dinləmişəm.Amma etiraf edim ki, onların nəvə ilə bağlı söylədikləri mənə bütünlükləhopmamışdı. Elə ki, mənim də boynuma baba misiyası düşdü, onda anladım ki, səndemə yaşlı kişilər ağızlarının dadını bilirmiş. Baba sözünün şirinliyini, nənəsözünün təravətini qiymətləndirmək və onun işığında yaşamaq sən demə ayrı birdünya imiş.

Şükürlər ki, birzaman xəyal olan, indi ömrümün gerçək yazısı, gerçək mənzərəsidi. Xüsusilə bugerçəklik özünü mənim yaxamdan, əlimdən tutub evə doğru çəkən istəkdə ifadəolunur. Yəni işin başa çatması artıq mənim evə bir növü qaçmağıma, tələsməyimətəkan verən nəvə səsinin, nəvə nəfəsinin cazibəsidi. Amma iki il öncə mən işdənayrılmağa da, evə getməyə də o qədər tələsmirdim. Necə deyərlər, dostların,yaxınların ətrafında hardasa çay süfrəsi arxasında və yaxud da dəniz sahilindəgəzməkdə, hansısa bir tədbirdə iştirakda... ötürdü vaxtım. İndi nəvələr çəkir.Özü də topsuz- tüfəngsiz, sözsüz- söhbətsiz nəfəslərilə, şirin kəlmələrilə,güclə ifadə etdikləri fikirlərilə. Yəqin ki, məni anlayırsınız. Yəqin siz dəyaşayırsınız bu hissləri. Ona görə də mən bu doğmalığın, yəni bu mühitin içərisindəanladığım həmin o torpağın və nəvənin, yəni uşağın yaşlı insanı özünə çəkməsininnə qədər böyük bir mənanın, nə qədər tutumlu bir həyat sirrinin gücüqarşısında, ağırlığı altında susuram. Və düşünürəm ki, bu həm də onlara qoşulubəylənəndə məni uşaqlaşdırır, məni uşaqlığıma qaytarır. Necə deyərlər, mən dəuşaq oluram. Bax, İlahi güc, İlahi sevgi, həm də gözə görünmədən öz əhatə dairəsindəinsanı yaşadan, hərəkət etdirən qüvvə məncə elə budu. Bu qüvvənin, bu gücün adıvə həm dadı yəqin ki, böyük hərflərdə yazıla bilən bağlılıqdı. Qan, hiss, duyğuvə bütövlükdə sevgi bağlılığı! Ailəyə, dünəninə, bugününə və sabahına olan bubağlılıq bəlkə də elə biz dünyaya gələn andan bizimlə birgə doğulur, bizimləbirlikdə günləri, illəri, ayları başa vurur. Mən də öncədən dediyim kimi, baxbu sirli, həm də köhnəliyi özündə ifadə edən iş otağımdan kağıza köçürdüyümduyğularımı sizə anladanda bu təzə sözü də, yəni nəvələrlə bağıl fikirləri dəifadə etimş oldum. Bu fikirləri bir tala çiçəyə bənzətsək, onun üzərindəki şehdamlalarının da yəqin ki, öz yeri olar.


Vəd vermişdim -vədimi

Özüm unutdum,özüm...

Su səpdiyimocağın -

Közün unutdum,közün...


Bəllidi neylədiyi

Yaramın göynədiyi

Ucadan söylədiyi-

Sözün unutdum,sözün...


Bir dəli məhəbbətin

İçmək üçün şərbətin...

Bu yazıq Əbülfətin-

Özün unutdun,özün!


***

Hər kəs durduğuyerdə, daha doğrusu, doğulduğu yerdə özünü güclü sayır, özünü güvəncli, arxalı,həm də bir az başqalarından səlahiyyətli hesab edir. Bu mənada götürəndə mənimdoğulduğum kəndlə paytaxt arasında çox böyük bir məsafə var. Mən o məsafəni hərgün xəyalən azı iki-üç dəfə gedib qayıdıram. Gedəndə də nəfəsim kəsilir,qayıdanda da. Gedəndə də gözlərim dolur, kirpiklərim nəmlənir, qayıdanda dayanaqlarımdakı şırımları silmək, qurutmaq yadımdan çıxır. Gedəndə ümidlə,qayıdanda kədərlə dönürəm... Bilmirəm bu nə qədər davam edəcək. Amma onu bilirəmki, hər şeyin sonu olduğu kimi, bu xəyali səfərlərin də mütləq bir sonu olacaq.Həmin o mütləq sonluq özü ilə birlikdə uşaqlığımı, kəndimi, ordakı bütün nəyimvarsa, ləpirdən tutmuş dadını bildiyim bulaqlara qədər hər şeyi təzədən açacaqqarşımda, təzədən göstərəcək hamısını mənə...

Bu, təkcə özümünözümə təsəllim deyil, bu mənim inamımdı. Və yaxşı bilirəm ki, inamsız bu istəyəqovuşmaq qeyri-mümkündü. Ona görə içimdəki inamın ətəyini əldən buraxmıram.Əksinə, onun daha da möhkəmlənməsi, ayağının yer tutması üçün özümü hər gün təkrar-təkrarkökləyirəm. Necə deyərlər, hazırlıqlı bir duruma gətirirəm. Ola bilsin ki, buinamın şübhə ilə yaşayanların xətrinə dəysin, onların ironik təbəssümünə tuş gəlsin.Bundan da çəkinmirəm. Çünki onlar da öz havalarına kökləniblər və hamının eynikökdə olması yorucu olduğu qədər də mənasız görünə bilər. Yaxşı ki, hər kəsözünə, öz içinin havasına köklənir...

Bəli, bu gün köhnəliyixatırladan bir otaqda köhnəliyin nişanəsi olan bir Allah bəndəsi düşüncələrini,yaşantılarını və bir az da duyğularını araya-ərsəyə qoydu. Zənnimcə, oxuyanlargörəcək ki, bu sözlərin, yəni bu yazının arxasında dayanan imza sahibi özyaşantılarını bölüşməyə qərarlı olub, bunu arzulayıb, buna söykənib. İndi necəifadə olundu, necə alındı, bu tamam başqa söhbətdi. Əsas odur ki, dünən bugünün bünövrəsidi. Köhnəlik yeniliyin alt qatıdı. Bunlarsız ayaqda durmaq,mübarizə aparmaq zənnimcə çətindir, hətta bəlkə mümkün də deyil. Çünki özülsüz,köksüz, köməksiz evi də, ağacı da külək daha tez yıxır, daha tez uçurur. Məndaxilən, həm də inamıma görə özülü üst qatdan daha gərəkli saymışam. Və bir dəözülü ancaq düşüncədə, məntiqdə, xəyalda görməyi təsəvvür etmək mümkündü. Üstqat onsuz da göz önündədi. Bax elə bu yerdə göz önündə olan bir şeir parçasınıda yazıma əlavə edirəm. Zənnimcə, bu duyğular çoxunuzun ürəyindən gəlib keçir vəkeçməyənlərin də yəqin ki, bir gün qapısını döyəcək.

TƏQVİM / ARXİV