adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Qərbin Şərq "oyunları" - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
59424 | 2019-07-02 10:00

Rusiya prezidenti VladimirPutin Ingiltərənin məşhurFinancial Times qəzetinəverdiyi müsahibədə deyib ki, liberal dəyərlər öz dövrünü başa vurduğu üçünAvropa bir çox problemlərin əlində aciz qalıb. O öz sözlərinə dəstək üçün hazırdahəmin dəyərlərin bərqərar olduğu Qərb ölkələrinin üzləşdiyi və əlində acizqaldığı mühacir problemini misal çəkib. Yəni, belə bir məntiqə söykənib ki, əgərAvropa bu dəyərlərin əsiri olmasaydı həmin problemi asanlıqla həll etmək mümkünidi. Asan həll variantının nə olduğu isə heç kimə sirr deyil – güc tətbiq eləməkvə inzibati resursları işə salmaq!Məşhur pritçada deyildiyi kimi, dolaşıq düyünüaçmaq üçün çox da baş sındırmağa ehtiyac yoxdur, onu, sadəcə, kəsib atmaqlazımdır.

Bəs, çağdaş dünyada bir çox avtoritar liderlərinin yuxusuna haram qatmışbu liberal dəyərlər nədir və onlar niyə bu dəyərlərdən ilan vuran ala çatıdanqorxan kimi qorxurlar. Geniş siyasi-ideoloji təfərrüatlara varmadan həmin dəyərlərinözündə ehtiva elədiyi əsas tezislərə nəzər salaq:

-İnsanın anadangəlmə təbiihüquqlarının, yəni onun yaşamaq, fərdi azadlığına qovşmaq haqqının təmin edilməsi,şəxsi ləyaqət hissinin qorunması;

-Şəxsi həyatıntoxunulmazlığı, dövlətin insanların fərdi həyatına müdaxiləsinin yolverilməzliyi;

-Söz, vicdan, dinazadlığı;

-Bazar iqtisadiyyatının,azad ticarətin təsbit edilməsi:

-Xüsusi mülkiyyətintoxunulmazlığı;

-Bütün vətəndaşlarınqanun qarşısında bərabərliyi;

-Dövlət hakimiyyətininməhdudlaşdırılması, onun şəffaflığının, eləcə də xalqın ali hakimiyyətinin təmin edilməsi vəs. və i.a. bu qəbildən olan şeylər.

İnsanlar hələ tarixin erkən çağlarından öz şəxsi azadlıqlarına qovuşmağacan atsalar da, bu istiqamətdə, məsələn, qədim Yunanstandakı kimi şəhər-polisləryaratsalar da, bu gün Avropanın inkişafının əsas özülünü təşkil edən liberal cəmiyyətlərinqurulması ideyası orta əsrlərdən, renessans dövründən geniş yayılmağa başladı.Bu həmin dövr idi ki, monarxlar ilahi hakimiyyətin, din isə mütləq həqiqətin yerüzündəki yeganə təmsilçiləri sayılırdılar.

Avropa yuxarıda mahiyyətini qısa tezislərlə ifadə etdiyimiz idarəçiliksistemi yaratmağa uzun əsrlər boyu apardığı qanlı və siyasi qovğalardan sonranail oldu. Nəticəsə göz qabağındadır, necə deyərlər, görünən dağa bələdçi lazımdeyil. Özü də bu gün Qərbin siyasi palitrasıadlarına liberallar, mühafizəkarlar,sağçılar, solçular, yaşıllar və s. deyilən müxtəlif təşkilatlarla bəzənsə də,onlarınhamısının təməl ideoloji ehkamları yuxarıdakı prinsiplərə əsaslanır. Fərqayrı-ayrı detallarda və cari siyasi proseslərə münasibətdədir ki,onlarıxırdalamaq bu yazının predmetinə daxil deyil.

Bu yazının predmeti, yəni Putinin yuxarıdakı kəlməsinin başına ipsalmağımızın məqsədi bambaşqadır. Məsələ burasındadır ki, Putinin həmin fikribütün müsəlman şərqində, o cümlədən elə bizdə də çox populyardır və müxtəlif səviyyəlirəsmi, ya qeyri-rəsmi şəxslər, ekspertlər, təhlilçilər yeri gəldi-gəlmədi onunquyruğundan yapışmağı çox sevirlər. Deyirlər ki, bütün bunlar sırf Avropa dəyərləridirvə bizim mentalitetimizə, adət və ənənələrimizə uyğun gəlmir. Bu fikirləriyuxarıda sadaladığım liberal dəyərlər konteksində şərh edəndə təxminən beləalınır:

-Anadangəlmə təbiihüquqlarımızın, yəni yaşamaq, azadolmaqhaqqımıza qovuşmaq, şəxsi ləyaqət hissimiziqorumaq bizim mentalitetimizə ziddir;

-Şəxsi həyatımız toxunulmazolsa, dövlət hər addımbaşı həyatımıza müdaxilə etməsə adət-ənənələrimizəldən gedər;

-Düşündüyümüzü söyləsəksözümüzün kəsəri olmaz, azad şəkildə ibadət eləsək oruc-namazımız qəbul olunmazvə günaha batarıq;

-İstədiyimiz məhsuluburaxsaq, onu kimə istəsək bağışlasaq və yaxud istədiyimiz bazara çıxartsaq, kiməistəsək, hansı qiymətə istəsək satsaq əcdadlarımızın ruhu bizi bağışlamaz;

-Dövlət istədiyi vaxtmülkiyyətimizi əlimizdən almasa yaddaşımızı itirər və manqutlaşarıq;

-Bütün vətəndaşlarqanun qarşısında bərabər deyil, kimi onun altında, kimisi də üstündə olmalıdır,əks təqdirdəənənələrimizə dönük çıxmış olarıq;

-Dövlət (oxu: məmurlar)qeyri-məhdud hakimiyyətə malikdir, qapalı şəraitdə, kabinetlərdə oturub nə istəsəedə bilər. Xalqı ali hakimiyyətin hətta kandarına belə yaxın buraxsan mentalitetəldən gedər və s. və i.a. bu qəbildən olan şeylər.

Bax, məsələ bu qədər sadədir, onu hər hansı şəkildə qəlizləşdirməyə heçbir lüzum yoxdur. Sadəcə, ölçüb-biçmək lazımdır ki, həqiqətənmi bu dəyərlərbizim mentalitetimizə, adət və ənənələrimizə daban-dabana ziddir, yoxsa onlarlaəl-ələveribbir damın altında yaşamaq mümkündür? Yox əgər belə bir birgəyaşayış mümkündeyilsə onda necə hərəkət etməliyik? Mentalitetimizə, adət-ənənələrimizə əl gəzdirməliyik,yoxsa adam balası kimi yaşamaq haqqımızdan imtina etməliyik?Nəzərə almaqlazımdır ki, adına mentalitet, adət-ənənə, həyat vərdişləri, yaşayış stereotipləridediyimiz bu nəsnələr heç də statik anlayışlar deyil, zamanla birlikdə onlar dayaranır, formalaşır, həyat tərzi dəyişdikcə onlar da dəyişir, vaxtı keçəndə köhnəlir,itir və yeniləriylə əvəzlənir.

Bəs, görəsən, Putin liberal dəyərlərin guya öz dövrünü başa vurması barədəməşhur kəlamını niyə durub-durub məhz Yaponiyada, həmin dəyərlərin sayəsindəsözün həqiqi mənasında əsl cənnətə çevrilmiş bir ölkədə dilə gətirdi? Bugündoğan ölkənin öz mentalitetinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinəRusiyadanda, bizim özümüzdən də, bütövlükdə müsəlman şərqindən də daha sıx bağlı olduğuheç kimə sirr deyil. Deməli, bu dəyərlərin mentalitetlərlə ziddiyyət təşkil etməsibarədə deyilənlərin demoqoqiyadan başqa adı yoxdur.

Putin sözügedən müsahibəsində I Pyotru özünün idealı adlandırır. Əslində,burda pis bir şey yoxdur, I Pyotr həqiqətən Rusiya üçün böyük işlər görüb və hərbir rusun onunla öyünməyə haqqı var. Amma hazırkı Rusiya prezdenti onunlayalnız bir tarixi şəxsiyyət kimi qürur duymur, həm də özünü onun davamçısısayır, onun yarımçıq qalmış işlərini başa çatdırmağı müqəddəs missiyası hesabedir. Dərindən baxanda burda da təəccüblü, qınanılası bir şey yoxdur. Təəccübdoğuran, qınaq və qıcıq yaradan, sadəcə, Putinin bunu məhz XVIII əsrinqaydalarıyla etmək istəyidir. Elə G20 sammitinə yola düşməzdən bir gün əvvəl, hələMoskvadaykən o bütün dünyanı Rusiyanın təzəcə istehsal elədiyi yeni qorxulu silahlarlahədələdi. Amma bir məqamı unutdu ki, artıq dünyanı işğal eləmək üçün yalnızgüclü silaha və hərbi arsenala sahib olmaq kifayət eləmir. Əgər belə olsaydıdünyanın iki ən güclü hərbi gücündən birisayılan, ideal kimi də Putinə IPyotrdan daha çox uyğun gələn Sovet İttifaqı çökməzdi (görünür, sual ən çoxsevdiyin şəxsiyyət kimdir şəklində verildiyi üçün Putin I Pyotrun adını çəkmişdi.Çünki sovet rəhbərləri arasında bu rola uyğun gələn yalnız bir nəfər var idiki, onun da adını çəkmək etnik mülahizələr baxımından məqbul deyildi). Sovetinbütün dünyanı lərzəyə salan çox güclü hərbi potensialı məhz həmin liberal dəyərlərinqarşısında duruş gətirə bilmədi. Çünki təkcə Vətəni sevməklə vətən güclü olmur,arada vətəndaşı da sevmək lazımdır.

Əslində, bu gün dünya iki qütbə, liberal dəyərlərihəyat tərzinə çevirənlərə və həmin dəyərlərə həqarətlə yanaşanlara, onlara qənimkəsilənlərə bölünüb. Birincilər öz ölkələrində cənnəti quranlar, öz vətəndaşlarınıcənnətdəyaşadanlar, ikincilərsə vətəndaşlarını güclü dövlət ambisiyası vəhakimiyyət ehtiraslarına, yuxularına haram qatan mifik dövlətçilik ideallarınaqurban verərək onları bir qara qəpiklik edənlərdir. Ancaq bu ikincilər sadə birhəqiqəti unudurlar ki, indi zəmanə dəyişib, indigüclü dövlətlər sadiq təbəələrinvə qəddar orduların yox, azad və zəngin vətəndaşların hesabına qurulur. Elə onagörə də hazırda bütün dünyanı işğal eləmək gücündə olan Rusiyanın, onun başqabir həmkarı Çinin bu qədər hərbi arsenala sahib olmalarına rəğmğn birsanksiyalıq canları yoxdur.

Mentalitet və adət-ənənə də ehkamlaşmışideologiyalar kimi mahiyyət etibarıyla mühafizəkar anlayışlardır. Konkretideologiyaların təmsilçisi olan totalitar rejimlərdən fərqli olaraq, avtoritarrejimlərin ideologiyası olmadığı üçün onlar bu boşluğu məhz mentalitetiideologiya səviyyəsinə qaldırmaqla doldururlar. Çünki mühafizəkar idarəçilikdaim mühafizəkar dəyərlərə hədsiz bağlılıq, aşırı sevgi nağıllarıyla qidalanmayandakökdən düşür, pafosunu itirir və efektsizləşir.Mentalitet avtoritar rejimlərin əsasideologiyasıdır. Hərçənd, çox vaxt həmin rejimlərin başında duranların özləri bumentalitetə və adət-ənənələrə yaxşı halda üstdən aşağı baxır, pis halda ikrahlayanaşırlar. Bu dəyərləri onlar üçün cəlbedici edən, idarəetmənin başlıcaprinsipinə çevirən yeganə amil onların məhz yuxarıda söylədiyimiz mühafizəkarxislətidir. Toplumun, xüsusilə onun fəal kəsiminin cəmiyyətdə yeni ictimaimünasibətlər formalaşdırmaq sevdası, bir az başqa cür yaşamaq arzusu dəyişmək,yeniləşmək tələb edir ki, bu da həmin rejimlərin sosial-siyasi dayaqlarını silkələməkgücündə olduğu üçün çox təhlükəli məşğuliyyətdir.

Liberal dəyərlərin yuxarıda sadaladığım prinsiplərininbir ana prinsipi də humanizmdir və bu gün mühacir böhranının qərbi dalana dirəməsininən başlıca səbəbi dəməhz bu prinsipi pozmaq istəməməsidir. Qərb mühacirlərin əlindəaciz qalmayıb, öz prinsiplərinin girovuna çevrilib. Bu azmış kimi həm də həminmühacirləri yurd-yuvalarından didərgin salanların ittihamlarıyla üzləşib.

O ki qaldı qərblilərin Şərq oyunlarına, unutmayınki, bir-birləriylə yola getməyi bacarmayanlar günahıbaşqa yerdə axtarmağa adətkərdədirlər. Məişətdə də, siyasətdə də.



TƏQVİM / ARXİV