adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: SÖNMƏYƏN İŞIQ

16547 | 2019-06-24 16:48

Adətən bizonunla görüşəndə özümüzdən, elimizdən, obamızdan, mənəvi dünyamızdan və bir dəbaş verən hadisələrə münasibətlərimizi ifadə etməkdən söhbət açırıq. Hardandanışsaq da, söhbətə hardan başlayıb, hansı istiqamətə yönəltsək də, axırda yenəelin, obanın, bu günümüzün reallığına gəlib çıxırıq. Öncə mən bunun təsadüfolduğunu düşünürdüm. Amma sonra onun poeziyasıyla, şeir dünyasıyla, müxtəlifinformasiya agentliklərinə mətbuata verdiyi açıqlamalardan anladım ki, bütünbunlar təsadüf deyil. Və ümumiyyətlə, təsadüf olan elə yerdə baş verir ki, onugözləmirsən. Mənim də, elə dostumun da təsadüfə ümid bağlaması, təsadüfə güvənməsiartıq gecdir. Deməli, baş verənlərin, gerçəkliklərin hamısı zərurətdir. Yənibunun üçün zəhmət çəkilib, vaxt xərclənib, inadla, israrla təkrarlanma, diqtəetmə və bəhrə gözləmə prinsipi proqramlı şəkildə həyata keçirilir. Və...

Şair Tahir Rzanıədəbiyyat aləmi yaxşı tanıyır. Millət vəkili Tahir Rzayevi də ictimai-siyasi həyatda,parlament camiyəsində və nəhayət, Qarabağda hər kəs sayğı və sevgiyləqarşılayır. Əslində şair elə millətin danışan dili, görən gözüdü. Deməli, millətvəkili Tahir Rzayevin həm də şair Tahir Rza olması təsadüf deyil. Bunlar həm həyatın, həmoxucunun, həm də seçicinin gerçəkləşən arzusudu. Mənim də bu insanlatanışlığım, dostluğum iç dünyamın ehtiyacı, söz dünyamın tələbi, özəl dünyamınzərurətidi. Bax, bu fonda hər söhbətimizdə mən Tahir müəllimdən nəsə öyrənirəm.Və deməli, onun bu təmənnasız mənəvi dəstəyi mənim çevrəmi də genişləndirir.Respublikamızla, bölgəmizlə daha yaxın təmasına bir növü vəsilə olur. Elə indibilgisayara diqtə etdiyim yazının da xeyir-duası da, tövsiyəsi də Tahir müəllimdəngəlib...

Məktəb kollektivi

Yaxın günlərinsöhbətidi. Sözarası Tahir müəllim mənə bildirdi ki, Ağcabədidə öz kadrpotensialı və təhsil uğurları ilə seçilən qocaman bir məktəb var. Bu məktəbinyaşı çox qədimdi. Həm də bu gün məktəb-lisey statusu da daşıyır.

Millət vəkilinin,şairin bir təhsil ocağı barəsində belə həvəslə bilgi verməsi mənim də marağımasəbəb oldu. Necə deyərlər, diqqətimi çəkdi. Və bir neçə gün öncə həmin məktəb-liseyintədris işləri üzrə direktor müavini, respublikanın Əməkdar müəllimi, 45 iləyaxın pedaqoji fəaliyyət stajı olanCamal Rəşid oğlu Abbasovla görüşdük. Sırf təsadüf nəticəsində gerçəkləşəngörüşümüz zamanı elə ilk cümlədən hiss etdim ki, Camal müəllim dünya görmüş, nəslinə,soy kökünə şərəf gətirən, biliyi və rəhbərlik təcrübəsi ilə seçilənziyalılarımızdandı. Necə deyərlər, mənim bilgi əldə etməyimin yolunda yaşılişıq yandırılmışdı. İndi qalırdı bu yaşıl işığın altında Camal müəllimlə 3saylı məktəb-lisey barəsində könül söhbəti etmək, olmuşları və olanları öyrənmək!..

Məktəbdə şənlik

Bəli, Ağcabədidəqədim bir məktəb var. Bu gün o məktəbin bazası öz imkanları, hazırlıq səviyyəsi,imkanları hesabına daha da şaxələnərək pedaqoji kollektivin gücü və imkanlarıhesabına həm də liseyə çevrilib. Məhz bunun hesabına Ağcabədidəki 3 saylı məktəb-liseytəkcə regionda deyil, həm də respublikadamüəyyən ənənələrin daşıyıcısına çevrilibdi. Təbii ki, bu da təsadüfideyil. Ona görə bu fikri xüsusi vurğulayıram ki, 3 saylı məktəb-liseyin tarixiilə bağlı fikirlərini mənimlə bölüşən Camal müəllim elə mənim də əlimdən tutubsanki bir ekskursiya etdi. Biz birlikdə ötən əsrə qayırdıq...

Camal müəllimin söylədiklərindən


3 saylı məktəb-liseyAzərbaycan ədəbi fikrinin böyük təmsilçilərindən biri olan M.F.Axundovun adını daşıyır. Özü dəbu məktəbin özülü 1883-cü ildə qoyulub. Yəni bir bina olaraq 1883-cü ildəxüsusi sobalarda bişirilmiş kərpicdən 8 otaqlı bina tikilib. Bunanın dam örtüyüqalın su keçirməyən torpaq qatıyla elə şəkildə inşa olunub ki, illərin qarı,yağışı ona təsir edə bilməyibdi. Burada onu da əlavə edim ki, binanın tikildiyiərazi Ağcabədi rayonunun bugünkü yerləşmə coğrafiyasının iki hissədən ibarətolmasını bir daha bizə xatırladır. Vaxtilə bugünkü Ağcabədi şəhərinin mərkəziiki kənddən ibarət olub. Həmin kəndlərdən biri, yəni şəhərin sol hissəsi Xəlfərəddinkəndi adlanıbdı. Çar Rusiyası zamanı otel kimi nəzərdə tutulan həmin 8 otaqlıbina 1883-cü ildə dini təhsil verən məktəb kimiistifadə olunub. Bu dini məktəbdə əslən Ağcabədidən olan və bu gün dəböyük ehtiramla adları anılan Molla İslam, Molla Abdulla, Molla Hüseynqulu, MələkoğluSəməd, Seyid Miriş, Molla Rzavə Abbas əmi kimi tanınan şəxslər təhsil alıblar.Zaman keçdikdən sonra həmin dini məktəb artıq öz çevrəsini genişləndirərək yenidövrün tələblərinə cavab verən müstəviyəkeçirilib. Burada artıq ictimai elmlərlə tədris olunmağa başlayıb və nəhayət,dövlət məktəbi kimi fəaliyyətə başlayıbdı. Bir faktı da qeyd edək ki, rus zadəganlarının,emsarlarının, eləcə də xidmət və sürgünlə bağlı Azərbaycana göndərilən təmsilçilərininölkəmizdə yerləşdirilməsi onların sosial problemlərini də ortaya çıxarırdı, həminproblemlərin çözümü baxımından artıq digər millətlərin təmsilçilərininövladları da təhsil almağa başlamışdır. Təbii ki, prosesin bu cür davam etməsidigər kəndlərdən təhsilə maraqlı uşaqların daburaya üz tutması artıq adi hadisəyə çevrilmişdir. Və Xəlfərəddin 3 nömrəliməktəbi Azərbaycan və rus bölmələri olmaqla orta məktəb kimi formalaşmışdı.Kontingentin artması özü-özlüyündə təhsilə marağı da və yekun nəticələri dəartıq önə çıxarmışdı. Bu gün fəxr hissiylə vurğulamaq olar ki, həmin məktəbinyetirmələri arasında adlı-sanlı elm xadimləri, tanınmış şəxslər var ki, onlarlada bütün ağcabədililər qürur duyur. Onların arasında Azərbaycanın çox önəmliyazıçılarından biri İsi Məlikzadə, kimya elmləri doktoru professor ƏyyubƏzizov, Şəmil Cəmşid, Rasim Tağıyev, görkəmli teatr xadimi Ağakişi Kazımov,texnika elmləri doktoru, professorlar Rza və Kamran Kərimov qardaşları, ölməzxanəndəmiz xalq artisti Yaqub Məmmədov və daha neçə-neçə dəyərli aydınlarımız məhzbu məktəbin yetirmələridir. Hələ sovet dönəmində, yəni 1983-cü ildə bu məktəbin100 illiyi ən yüksək səviyyədə qeyd edilmişdi. Həmin tədbirin qonaqlarıarasında respublikanın o vaxtkı təhsilnaziri Kamran Rəhimov da var idi.


Arzu Məmmədli müəlliməsi İradə xanımla


Məşhurbir atalar sözü var. Atalar deyib ki:"Ot kökü üstə bitər". Bax, bu mənada ənənəvi bir məktəb olan 3 saylıməktəb-liseyin uğurları müstəqillik qazanandan sonra da davam edib və bu gün dəetməkdədi. 2006-cı ildə pilot-məktəb, 2007-ci ildə lisey-məktəb adına layiqgörülən 3 saylı Ağcabədi şəhər məktəbi 2009-cuilin ən yaxşı məktəb müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatıqazanmışdı. Həmin illərdən başlayaraq, rayonda prezident təqaüdçüsü olan məzunlarınsayı da artmağa başlamışdı. Məktəbin prezident təqaüdçüsü 2007-ci ildə MəmmədliŞirin Çümşüd oğlu 686 bal toplamış, 2012-2013-cü tədris ilində 682 baltoplayaraq, Türkiyə Gülhanə Tibb Universitetinə daxil olan Mütəllimov Anar Məzahiroğlunun təhsilini davam etdirməsi üçün dövlət tərəfindən kifayət qədər vəsait köçürmüşdü. 2017-2018-ciildə Məmmədli Arzu Ramil qızı 700 bal toplayaraq rayondakı prezident təqaüdçülərininrekordunu daha da artırmışdı.


Şirin Məmmədli


Bu gün məktəbinməzunlarının uğurları həm kollektivə, həmdə bütövlükdə Ağcabədi rayonuna şöhrətqazandırıb və onların nəticələri hər kəsi sevindirir. Təbii ki, bu işdə ənböyük sevinc və xidmət payı müəllimlərinüzərinə düşür. Bu işdə məktəb-liseyin direktoru Mətanət Seymur qızı Quliyevanınxidmətləri danılmazdı.

Tanışlıq

Mətanət Seymurqızı Quliyeva 1960-cı ildə Ağcabədi şəhərində ziyalı ailəsində doğulub. Orta təhsiliniməhz 3 saylı məktəb-liseydə başa vuran Mətanət xanım arzularının ardınca ovaxtkı N.Tusi adına Pedaqoji İnstituta üz tutub. 1977-ci ildə həmin institutunriyaziyyat fakültəsinə daxil olub. Tələbəlik illərində fəallığı ilə seçilən Mətanətxanımın müəllim kimi ilk daxil olduğu sinif otağı da 3 saylı məktəb-liseydənbaşlayıb. Təyinatla Ağcabədi şəhərindəki və özünün təhsil aldığl məktəbə gələngənc riyaziyyat müəlliməsi illər ötdükcəhəm müəllim, həm də idarəetmə qabiliyyəti ilə diqqəti çəkmişdi. Ona görədə 1990-cı ildə artıq Mətanət xanım təşkilat məsələləri üzrə direktor müavinikimi fəaliyyət göstərirdi. 2017-2018-ci tədris ilində o, artıq"Direktorların işə qəbulu" üçün sənədlərini Təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə təqdimetdi. İmtahanları uğurla başa vuran Mətanət Seymur qızı Quliyeva elə həmin tədrisilindən də 3 saylı məktəb-liseyindirektoru təyin olundu. Burada onu da xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Mətanət xanım"Qabaqcıl təhsil işçisi" döş nuşanına layiq görülüb. Bu mükafata qədərisə o, fəxri fərmanlar, diplomlar, təşəkkürnümələr ilə mükafatlandırılmışdı.


Rafael Quliyev


Ağcabədidə olarkənəldə etdiyimiz bilgiyə görə, 3 saylı məktəb-lisey rayonda öndə gedən təhsil müəssisələrindəndi.Məktəb-lisey həm də təmaül məktəb statusuna da malikdir. Məktəbin 51 sinifkomplektində 1317 nəfər şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə103 nəfər müəllim məşğul olur. Onların arasında 3 nəfər müəllim respublikanın"Əməkdar müəllim"i adına layiq görülüb. Qeyd ütdiyimiz bilgilərdən dəməlum olur ki, 3 saylı məktəb-lisey bu gün dətəhsil sahəsində rayonda olduğu kimi, bölgədə və respublikamızda daöncüllərdəndi.

Təqdimat

İradə Əliyusifqızı Hüseynova da Ağcabədidə doğulub. 1996-cı ilidə BDU-nun mexanika-riyaziyyatfakültəsini bitirərək Ağcabədi şəhərindəki M.F.Axundov adına 3 saylı məktəb-liseyəriyaziyyat müəllimi təyin edilibdi. Qısa bir zaman içərisində onun həm həmkarlar,həm də şagirdlər arasında nüfuz qazanması gənc riyaziyyat müəlliməsinin sənətinəinamını və yüksək savadını nümayiş etdirirdi. Heç də təsadüfi deyil ki, artıqİradə müəllimənin yetirmələri elə ilk buraxılış illərindən yüksək ballartoplamağa başladılar. Belə ki, Bəxtiyar Şüküroğlu Əliyev 614 balla Neft Akademiyasına, Məmmədzadə Arzu isə 700 ballaöz yaşıdlarının arasında önə çıxaraq Prezident təqaüdçüsü oldu. İradə müəlliməninbuilki tədris ilində qazandığı ən böyük uğurlardan biri də riyaziyyat fənnolimpiadasında Quliyev Rəfail Tofiqoğlunun finala vəsiqə qazanmasıdı. Məhz onun bu qələbəsi pedaqoji kollektivinböyük uğurlarının göstəricilərindəndir.

Anar Məmmədov


Məktəbin tarixmüəllimi Atakişiyeva Ballı Aslan qızı da öz yetirmələri ilə fəxr edir. Bu günBallı müəllimənin dərs dediyi şagirdlərin sorağı müxtəlif ali məktəblərdən gəlir.Onların arasında Məmmədov Anar Elşən oğlunun adını xüsusi vurğulamaq yerinə düşərdi.Çünki Anar olimpiadalarda qazandığı uğurların nəticəsi olaraq bu ilin mayayında ölkə paytaxtında keçirilən tarix fənni üzrə yarışmanın qızıl medalınalayiq görülübdü.

... Ağcabədidə həyatınbütün sahələrinin uğurla inkişaf etdirildiyi artıq adi hala çevrilib. İstər ölkərəhbərliyinin, istərsə də rayon icra hakimiyyəti başçısı Şahin Məmmədovun tələbkarlığıvə qayğısı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də öz sözünü deyib. Həril məzunlarla, xüsusilə yüksək bal toplamış şagirdlərlə, abituriyentlərləkeçirilən görüşlər, onlara verilən hədiyyələr, fəxri fərmanlar öz müsbət təsirinidigər şagirdlərə də göstərir. Yəni bir növü uşaqlar arasında daxili yarışmagedir. Hamı önə çıxmaq, hamı öndə olmaq, hamı seçilmək istəyir. Bütün bunlardada əsas söz sahibi müəllimlər, pedaqoqlardı.Sevindirici haldır ki, Ağcabədinin əksər məktəbləri kimi 3 saylı məktəb-liseydəhər şey yüksələn xətt üzrə davam etdirilir. Yekunlar sevindirici olmaqlaprezident təqaüdçülərinin sayı ilbəil artıq. Bütün bunların isə faydası Azərbaycanımızadır,millətimizədir!

Bəli, həmsöhbətolduğum Əməkdar müəllim Camal Abbasovun verdiyi bilgilər əsasında sizə təqdimetdiyim 3 saylı Ağcabədi məktəb-liseyi əsrlərdənkeçib gələn ilk sönməyən işığıxatırladır. Nuru bol olsun!


TƏQVİM / ARXİV