adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Binəli Yıldırımın suçu nə? - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
67119 | 2019-06-25 10:17

İstanbulsevdalı birisi olduğu üçün İstanbul onun üçün vazkeçilməz idi. Təkcə burda doğulduğu,böyük siyasətə məhz bu şəhərin qoynundan atıldığı üçün yox. İstanbul Osmanlı imperatorluğununpaytaxtı olduğu üçün həm də onun ideallarının təcəssümü idi. Ona görə də bütünçılğınlığına rəğmənpraqmatizmi, gəlir-çıxarları düzgün tutuşdurmaq bacarığıqibtə doğursa da, İstanbula münasibətdə təmkinini qoruya bilmirdi. Tale də elə onuburda, ən zəif nöqtəsində, İstanbulda yaxaladı, burda ilişdirdi.

Yaxınsilahdaşlarından biri Ərdoğanın xarakterini incələyərkən belə bir kəlmə işlədib:qafasına bir şey girdisə, onu hökmən etməlidir. Bunun bir adı inadkarlıqdırsa,ikinci adı kəclikdir. Birincisi uğur gətirirsə, ikincisi "23 haziran olur”. Bugünün çağdaş Türkiyə siyasətindəki rolu və yeri barədə dartışmalar hələ çox uzun sürəcək. Çünki həmin gün qardaşölkənin tarixinə sıradan bir bələdiyyə seçkisi kimi yox,yeni əsrin əvvəlindənbaşlayaraq "bir aktyorun teatrı” halına gəlmiş çağdaş türk siyasətinin "sınmanöqtəsi” kimi düşdü.

Demokratikölkələrdə bələdiyyə seçkiləri həm də iqtidar partiyası üçün bir test rolunuoynayır. Bu seçkiləri uduzan hakimpartiya xalqın etimadını itirdiyi üçün hökumətdən istefa verərək yeni seçkilərə gedir. Türkiyəmüsəlman şərqinin ən demokratik ölkəsi olsa da, oturuşmuş demokratiya ənənələrindənxeyli uzaqdır. Orda belə addımlar atmağa hazır siyasətçi nəslinin yetişməsinə hələillər qalıb. Üstəlik, indiki halda bunun üçün formal əsaslar da yoxdur. Çünkihakim partiya bütün böyük şəhərləri uduzsa da, bütövlükdə ölkə üzrə seçkilərdənqalib çıxıb, yəni xalq etimadını itirməyib.

Amma birvar böyük şəhərlər, bir də var İstanbul. Onu Türkiyənin, istanbulluları türk xalqınınfövqünə qaldıran da məhz Ərdoğan oldu. "İstanbulu qazanan Türkiyəni qazanar” –bu onun ən çox sevdiyi ifadələrdən biriydi.Bu məntiqlə hakim partiya bütünTürkiyəni uduzub və deməli, xalqın etimadını itirib. Ancaq istefa olmayacaq,bunu heç AKP-nin opponentləri də tələb eləmir. Çünki belə bir ənənənin türksiyasətinə ayaq açmasının uzun bir zamana ehtiyacı olduğunun fərqindədirlər.

Qələbəüçün bir səs kifayət eləsə də Əkrəm İmamoğlunun 31 martdakı səs üstünlüyü yetərsizsayıldı.Nəticədə 14 minin altında olanfərq 23 iyunda 800 minə yaxınlaşdı. Yüksəlişidə, enişi də sıçrayışlarla müşayət olunan Binəli Yıldırım keçən dəfəki kimi budəfə də ekranlarda çox erkən göründü. Keçən dəfə qələbəsini elan eləmək, bu dəfəsərəqibini təbrik etmək üçün. Ancaq hər ikisində eyni ovqatda idi. O, AKPbaşqanının ən sadiq və ən üzüyola tərəfdarlarından biri sayılır. Elə indi də özününyox, şefinin ambisiyalarına qurban getdi. Siyasət elə bir şeydir ki, burda hədsizsədaqətin də bədəli ağır olur.

23 iyunseşkilərindən təkcə CHP yox, həm də MHP qalib çıxdı. Əgər Binəli Yıldırım qalibgəlsəydi artıq neçə illərdir siyasi mövcudluğunu AKP-yə sığınmaqla qoruyan MHPvə onun lideri hakim partiya üçün öz cazibəsini təmiz itirəcəkdi. Çox güman ki,hakim partiya Türkiyənin fövqündə gördüyü İstanbul kimi bir meqapolisin bələdiyyəbaşqanlığına siyasi alver naminə də olsa bir namizəd çıxara bilməyən MHP-niseçkilərin yekunlarını istədiyi tərəfə dəyişdirmək gücündə olan HDP-lə əvəzləyəcəkdi.Və onda müttəfiqlərin indiki sıralamalarında ya D.Baxçalının şəkli yerli-dibligörünməyəcək, ya da ən azından A.Ocalanın şəkili ilə yerini dəyişəcəkdi. İkimillətçinin Türkiyə mətbuatında yanaşı dərc olunmuş şəklindən söhbət gedir. Çoxlarıda elə bilir ki, siyasətdə əbədi dost olmur, əbədi maraqlar olur kəlamının əməllərindənolmasa da ağzından daim od tökülən millətçilərə heç vaxt dəxli olmur.

"İstanbuluqazanan, Türkiyəni qazanar”. Bu, Ərdoğan üçün təkcə gəlişi gözəl söz deyildi, buonun siyasi karyerasının imperativi idi.Elə ona görə də həmin sözün ucundantuta-tuta bir şəhər bələdiyyiə seçkisini bu qədər siyasətləşdirərək onu ölkəninbir nömrəli siyasi gündəminə çevirdi. Neçə illərdir siyasi lider böhranıyaşayan qarşı tərəf üçün bu lap göydəndüşmə oldu. Əkrəm İmamoğlunun seçkisonrası çıxışı da bir bələdiyyə başqanı çıxışı deyildi, yeni bir seçkiplatforması idi. Bu çıxışdan sonra qarşı tərəf, çətin ki, artıq özü üçün məşumbir röyaya çevrilən həmin deyimi bir daha təkrarlasın.

Ancaqbunlar hamısı gələcəyin işidir, çünki İstanbul Böyük Şəhər BələdiyyəBaşqanlığına saysız qalmaqallarla müşayət olunan seçkilər hələlik başa çatıb.Ona görə "hələlik” ki, bu seçkilərin bundan sonra da bitməcəyinin, xəmirin hələçox su aparacağının anonsunu R.T. Ərdoğan hələ bir neçə gün bundan qabaq vermişdi.Seçkilərdən sonra İstanbul valisinə həqarət səbəbindən Əkrəm İmamoğluna qarşı məhkəmədavasının açılacağını bildirən cümhur başqanı bir az da uzağa gedərək özünün həminpostda işləyərkən yaşadığı acı taleyi xatırlatmış, bununla da dolayısıyla məhkəmədən hansı qərarı gözlədiyinəişarə vurmuşdu. İndiqalır onun öz sözünü tutmasına. Maraqlı gediş olardı. Axı, Hegelin məşhur ifadəsinəinansaq tarix iki dəfə təkrar olunur. Birinci dəfə faciə, ikinci dəfəsə məzhəkəşəklində...



TƏQVİM / ARXİV