adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2019 11:54
30043
KRİMİNAL
A- A+

Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb

Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb. Bu barədə DİN Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.

Məlumata görə, iyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib.

Müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanmışdır.

P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.